Icma.az
close
up
RU
Qar yeməyin hansı faydası var? AÇIQLAMA

Qar yeməyin hansı faydası var? AÇIQLAMA

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Çoxları düşünür ki, qar mikrobları öldürür, yağandan sonra hava təmizlənir. Lakin bunun elmi açıqlaması yoxdur.

Bəs bu fikirlər nə dərəcədə doğrudur?

Mövzu ilə bağlı Redaktor.az-a danışan həkim-terapevt Etibar Süleymanov bildirdi ki, şaxtalı havalarda həmin virusların yaşama qabiliyyəti çox aşağı olur.

"Qarlı, şaxtalı havalar mövsümi xəstəliklərə elə güclü təsir eləmir. Bəzi hallarda virusların xarici mühitdə yaşaması üçün xüsusi şərtlər lazımdır. Havanın temperaturunun 10-16 dərəcədən yuxarı olması nəmişlik rütubətlik yaradır. Belə havalarda viruslar daha uzun müddət sağ qalıb yoluxdura bilirlər. Şaxtalı havalarda həmin virusların yaşama qabiliyyəti çox aşağı olur və bu səbəbdən bir balaca xəstəliyə səbəb olma ehtimalı aşağı ola bilər. Amma qar yağmağının özünün digər əlavə təsirləri olur. Misal üçün, hava sürətlə dəyişir, xüsusilə Bakıda gah isti, gah soyuq olur. Ona görə qarın ən böyük, ən üstün cəhətlərindən biri havanın kirliliyinin, çirkliliyinin azalmasıdır. Atmosferdə olan maşınların, zavodların, fabriklərin buraxdığı zərərli toz hissəcikləri qarın təsiri nəticəsində aşağı çökür, hava təmizlənir və bunun özü orqanizmə kifayət qədər müsbət təsir göstərir". 

Həkimin sözlərinə görə, qar yeməyin sağlamlığa xüsusi təsiri yoxdur.

"Qar yeməyin sağlam orqanizm üçün elə bir ziyanlı təsiri yoxdur. Amma əgər faringit, xroniki xəstəlikləri, xüsusən tonzilliti olan adamlara olmaz. Çünki dondurma kimi qar yeyərkən xəstəlik aktivləşə, xroniki proseslər kəskinləşə bilər, ona görə məsləhət görülmür. Əslində qar distillə olunmuş suyun bərkimiş formasıdır. Onun elə bir ziyanı olmur. Onun tərkibində minerallar yoxdur deyə su kimi faydası da yoxdur. Belə havalarda məsləhət olar ki, insanların əyinləri qalın olsun, çox soyuqlayıb, tərləməkdən çəkinsinlər", - deyə Etibar Süleymanov əlavə etdi.

Türkan İSGƏNDƏRLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:180
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 26 Fevral 2025 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see338

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see335

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see324

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see292

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see287

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see285

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see278

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see272

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see271

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see261

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see254

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see224

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see220

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri