Icma.az
close
up
RU
Qara bağ” İTV nin və Müsəllim Həsənovun yeni tarixi layihəsi

Qara bağ” İTV nin və Müsəllim Həsənovun yeni tarixi layihəsi

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Azərbaycan televiziya məkanında maraqlı layihələri ilə tamaşaçı rəğbəti qazanmış İctimai TV aprelin 5-də özünün növbəti tarixi serialının nümayişinə başlayıb. “Qara bağ” adlı bu sənədli ekran əsərinin ssenari müəllifi və aparıcısı, tanınmış telepublisist, Əməkdar mədəniyyət işçisi, “Əmək” ordenli Müsəllim Həsənovdur.

Vetensesi.az xəbər verir ki, “Qara bağ” sənədli serialı elə ilk bölümündən tamaçaçıların diqqətini cəlb edib, sosial şəbəkələrdə geniş əks-səda doğurub. Filmin əsas qayəsi Qarabağ tarixinin indiyədək Azərbaycan ictimaiyyətinə az məlum olan və ya heç məlum olmayan səhifələrini işıqlandırmaq, bu bölgənin başına gələn müsibətlərin dərin köklərini açıb göstərmək, xalqımızın dövlətçilik ənənələrini və mənəvi dəyərlərini təbliğ etməkdir.

İTV-nin “Sabahın xeyir Azərbaycan” proqramına müsahibəsində Müsəllim Həsənov bildirib ki, keçmiş SSRİ və Rusiya arxivlərindəki “məxfi” və “tam məxfi” qrifli sənədlərə çıxış o qədər asan olmayıb, bəzi hallarda maneələr qarşıya çıxıb. Buna baxmayaraq, Qarabağın tarixi ilə bağlı yeni fakt və hadisələri aşkar etmək, həmçinin indiyədək tədqiq edilmiş sənədlərdə diqqətdən kənarda qalan bir sıra məqamlara daha yaxından işıq salmaq mümkün olub.

Onu da qeyd edək ki, sənədli serialın qurluşçu rejissoru Elçin Qasımovdur. İstedadlı və mütəşəkkil bir komandanın zəhməti sayəsində ərsəyə gələn layihə İTV ilə MEDİA-nın birgə əməkdaşlığı sayəsində həyata vəsiqə alıb.

“Qara bağ” sənədli serialının 1-ci bölümünə aşağıdakı link vasitəsilə baxmaq olar:

https://www.youtube.com/watch?v=J9JXm8QLzJs

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:280
embedMənbə:https://525.az
archiveBu xəbər 06 Aprel 2026 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see365

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see281

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see269

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see257

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see255

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see240

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see238

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see232

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see232

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see226

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see221

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see221

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see218

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see204

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see205

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see203

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see203

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see198

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see191

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri