Icma.az
close
up
RU
Qara ciyərin köçürülməsi. MARAQLI BİLGİLƏR

Qara ciyərin köçürülməsi. MARAQLI BİLGİLƏR

Icma.az, Saglamolun saytına istinadən bildirir.

Qara ciyərin transplantasiyası (köçürülməsi) əməliyyatı bütün dünyada çox mürəkkəb sayılır.

Statistikaya əsasən, əməliyyat əksər hallarda uğurlu nəticələnir və xəstələrin bir çox hissəsi əməliyyatdan sonra 5, 10 və bundan artıq il yaşayır. Bu ilk növbədə xəstənin əməliyyatdan əvvəl vəziyyətindən, əməliyyata səbəb olan xəstəliyindən asıldır. Əməliyyatdan sonra insan daim həkimlərin nəzarətində qalmalı, hər il müəyyən analizləri verməli, müayinələrdən keçməli, daim müəyyən dərman preparatları qəbul etməlidir. Bütün bu tədbirlər xəstənin həyatını uzatmağa kömək edir. Bundan əlavə xəstə daim müəyyən pəhriz saxlamalı, spirtli içkilərdən tam imtina etməli, ağır fiziki  yükləmələrdən və güclü streslərdən uzaq olmalı, kifayət qədər dincəlməlidir.

Hal hazırda bu əməliyyatin metodikası çox yaxşı öyrənilib və ildən ilə daha da təkmilləşdirilir.

Qara ciyərin transplantasiyası bəzi anadangəlmə patologiyaları (öd yolları patologiyaları və s.), qara ciyər xərçəngi (digər orqanlara yayılmayıbsa), güclü zəhərlənmə nəticəsində qara ciyərin çatışmazlığı zamanı, sirrozun gecikmiş mərhələlərində tətbiq edilir.

Əməliyyat zamanı xəstəyə bütöv qara ciyər və ya qara ciyərin hissəsi köçürülə bilər. Bütöv orqan beyin ölümü təsdiq olunmuş meyitdən götürülür, dərhal xüsusi məhlula yerləşdirilir və soyudulur. Daha sonra qara ciyər mümkün qədər tez resepiyentin (qara ciyər köçürülən insanın) orqanizminə düşməlidir.

Qara ciyərin hissəsi də köçürülə bilər (əksər hallarda sol payın hissəsi götürülür). Bu zaman qara ciyər xəstənin sağlam qohumundan və ya yad insandan götürülür. Donor (qara ciyər verən) və resepiyentin qan qrupu və rezusları eyni olmalı, onlar həmçinin bəzi digər parametrlərə görə uyğun olmalıdır. Qara ciyər unikal orqandır - vaxt keçdikdən sonra qara ciyər öz ölçülərini və funksiyalarını tam bərpa edir. Orqanizmin heç bir digər orqanın belə xüsusiyyəti yoxdur.

Əməliyyat zamanı xəstənin işləməyən qara ciyəri xaric olunur və yerinə donorun qara ciyəri yerləşdirilir. Daha sonra damarlar və öd axarları birləşdirilir və tikişlər qoyulur. Əməliyyat 10 saata kimi davam edə bilər. Əməliyyatdan sonra xəstə 10-20 gün ərzində xəstəxanada həkimlərin nəzarəti altında qalmalıdır. Ağırlaşmalar baş verdikdə, bu müddət daha da çox ola bilər.

Yeni qara ciyər orqanizm üçün yad cismdir. İnsanın immun sistemi orqanizmə düşən istənilən yad cismləri tapıb onları məhv etməyə çalışır. Bu səbəbdən transplantasiya olunmuş orqan təhlükə altına düşür - immun sistemi ona hücüm edə bilər. Bu isə xəstənin ölümü ilə nəticələnə bilər. Bu səbəbdən əməliyyatdan sonra qara ciyəri köçürülən insan daim immun sisteminin fəaliyyətini zəiflədən xüsusi preparatlar qəbul etməlidir.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:284
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 02:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see308

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see302

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see293

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see284

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see268

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see267

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see250

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see243

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see232

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see214

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see198

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see196

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see192

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see190

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see186

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see176

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see171

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see169

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri