Icma.az
close
up
RU
Qara cümədə insanları aldadan mağazalar cəzalandırıla BİLƏR

Qara cümədə insanları aldadan mağazalar cəzalandırıla BİLƏR

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Son illərdə mağazalarda və ya iaşə obyektlərində bayramlarla bağlı endirim kompaniyalarına tez-tez rast gəlmək olur. Xüsusilə bu endirimlər “qara cümə”, “əfsanə cümə” kimi adlanan endirim kampaniyalarında qarşımıza çıxır.

Bu il də müəyyən vətəndaşlar tərəfindən sosial medyada endirim kompaniyalarının saxtalığı barədə paylaşımlar və ya bizə ünvanlanan suallar olub.

Modern.az mövzu ilə bağlı Azərbaycan Vəkillər Kollegiyasının üzvü Cavanşir Qasımzadə ilə həmsöhbət olub.

Onun sözlərinə görə, ümumiyyətlə müəssisələrin vətəndaşlara göstərdiyi xidmət və ya satdığı mallar və bunlara dair qanun pozuntuları ilə bağlı müddəalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunda və  Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində öz əksini tapır:

“Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədilə özündə malların (xidmətlərin, işlərin) mənşəyi, kəmiyyəti və keyfiyyəti, yararlılıq müddəti, satış şərtləri, qiyməti barədə yalan və (və ya) natamam məlumatlar verməklə, yaxud haqsız, qeyri-dəqiq və gizli reklam vasitəsilə satıcılar və (və ya) reklamverici, reklam yaradıcısı, reklam istehsalçısı, reklam yayıcısı və reklam agenti tərəfindən istehlakçıların (istifadəçilərin) aldadılmasının qarşısının alınmasını ehtiva edir.

Müsahibimiz qeyd eidb ki, İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsi “istehlakçıların hüquqlarının pozulması” ilə bağlıdır:

“Həmin maddəyə əsasən bu cür hərəkətlər istehlakçıların hüquqlarının az miqdarda (yəni 100 manatadək) pozulmasına səbəb olduqda inzibati məsuliyyət yaranır və bu zaman fiziki şəxslər 350 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə, hüquqi şəxslər 4000 manatdan 6000 manatadək məbləğdə cərimə edilir”.

İnzibati Xətalar Məcəlləsinin 428-ci maddəsi isə “reklam haqqında qanunvericiliyin pozulması” ilə bağlıdır. Sözügedən maddəyə əsasən əmtəələr, işlər və xidmətlər haqqında, yaxud onların istehsalçıları (icraçıları, satıcıları) haqqında tamah məqsədi ilə bilə-bilə yalan məlumatlardan reklamda istifadə etməyə görə 200 manatdan 500 manatadək, vəzifəli şəxslər 800 manatdan 1200 manatadək məbləğdə, hüquqi şəxslər 4000 manatdan 6000 manatadək cərimə edilir”.

C.Qasımov sonda vurğulayıb ki, “Reklam haqqında” Qanunun 4.2-ci maddəsinə əsasən reklam əmtəə istehlakçılarının seçimini stimullaşdırmalı, onları aldatmamalı, çaşqınlıq hissi yaratmamalı, rəqiblərinin istehsal etdiyi, reklam edilən əmtəə ilə eyni, yaxud onun əvəzedicisi olan başqa əmtəələrin bazar nüfuzuna xələl gətirməməlidir:

“Həmin Qanunun 16-cı maddəsinə əsasən əmtəənin qiymətinin dəyişməsinin reklamında qiymətin dəyişməsi kampaniyasının başlanma tarixi, müddəti; qiyməti dəyişdirilən əmtəələrin siyahısı; qiyməti dəyişdirilən əmtəənin mövcud qiyməti göstərilməli, reklamda əmtəənin qiymətinin əvvəlki qiymətlə müqayisədə mütləq yaxud nisbi ifadə ilə dəyişməsi qeyd olunmalıdır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:192
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 Dekabr 2024 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see502

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see424

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see415

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see308

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see296

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see288

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see288

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see283

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see275

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see272

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see251

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see246

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see241

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see241

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see241

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see240

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see237

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see234

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri