Qara dəniz Fars körfəzindən də təhlükəli olub FT
Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiya hücumları nəticəsində Qara dəniz dünyanın ən təhlükəli ticarət marşrutuna çevrilib. Burada həlak olan dənizçilərin sayı hətta Fars körfəzindəki göstəricini də üstələyib.
Axar.az xəbər verir ki, bu barədə "Faynənşl Tayms" məlumat yayıb.
Məlumata görə, gəmilərin heyətləri mütəmadi olaraq PUA və raketlərin hücumlarına məruz qalırlar:
"Dəniz təhlükəsizliyi üzrə “Ambrey” şirkətinin və Beynəlxalq Dəniz Təşkilatının məlumatına əsasən, bu il regionda 570-dən çox gəmi hücumlardan zərər çəkib, ölənlərin sayı isə 40 nəfəri ötüb. Dəniz yollarında tərəflər arasında qarşılıqlı hücumlar nəticəsində insidentlərin sayı kəskin artıb. Üçüncü rübdə hücumların gündəlik orta sayı dördü ötüb. Mövcud təhlükələr səbəbindən Qara dənizdə gəmilərin hərbi sığorta haqqı onların korpus dəyərinin 15%-nə qədər yüksəlib. Bu, Fars körfəzindəki göstəricidən iki dəfə çoxdur. Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının ixracı müharibədən əvvəlki səviyyə ilə müqayisədə təxminən 75% azalıb".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 26 Oktyabr 2026 09:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















