Icma.az
close
up
RU
Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə əməkdaşlıq müzakirələri

Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə əməkdaşlıq müzakirələri

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Azərbaycan Respublikasının maliyyə naziri, Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Azərbaycan üzrə rəhbəri Sahil Babayev qurumun ölkəmizdə səfərdə olan prezidenti Serhat Köksalın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan ilə QDTİB arasında əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivlərinin müzakirə olunduğu görüşdə nazir S. Babayev bankın ölkəmizin iqtisadi inkişafına və Qara dəniz regionunda iqtisadi əməkdaşlığın möhkəmləndirilməsinə verdiyi töhfələri yüksək qiymətləndirib. Nazir Azərbaycanın QDTİB-nin təsisçi üzvlərindən biri kimi bankın gələcək inkişafını dəstəklədiyini diqqətə çatdırıb.

Qeyd olunub ki, Qara Dəniz Ticarət və İnkişaf Bankı fəaliyyətə başladığı vaxtdan etibarən Azərbaycanda maliyyələşdirdiyi layihələrlə ölkədə özəl sektorun inkişafına və maliyyə sektorunun gücləndirilməsinə töhfə verib. Eyni zamanda, bildirilib ki, QDTİB Azərbaycanda yerli valyutada istiqraz buraxan ilk beynəlxalq maliyyə institutu olub və bank özəl sektorun maliyyələşdirilməsini dəstəkləmək məqsədilə 2019-cu ildə Bakı Fond Birjasında korporativ istiqrazlar yerləşdirib.

Söhbət zamanı Azərbaycanın QDTİB Rəhbərlər Şurasına hazırkı sədrliyi də diqqət mərkəzində olub, bankın 2026-cı ilin iyul ayında Bakıda keçiriləcək növbəti illik toplantısının regional maliyyə əməkdaşlığının daha da möhkəmləndirilməsi baxımından mühüm platforma olacağı vurğulanıb.

Qara Dəniz Ticarət və İnkişaf Bankının prezidenti Serhat Köksal Azərbaycan ilə əməkdaşlığın rəhbərlik etdiyi qurum üçün mühüm əhəmiyyət daşıdığını bildirərək ölkəmizdə həyata keçirilən iqtisadi islahatların və formalaşdırılmış əlverişli investisiya mühitinin beynəlxalq maliyyə institutları üçün yeni imkanlar yaratdığını bildirib. O, gələcək əməkdaşlıq çərçivəsində özəl sektorun inkişafının maliyyələşdirilməsi, kiçik və orta biznesin və maliyyə institutlarının dəstəklənməsi, regional ticarətin və nəqliyyat-logistika bağlantısının təşviqi, həmçinin dayanıqlı inkişaf və iqtisadi şaxələndirmə ilə bağlı layihələrin dəstəklənməsi istiqamətlərində əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını ifadə edib.

Görüş zamanı bankın abunə kapitalının artırılması prosesində Azərbaycanın iştirakı, həmçinin qurumun idarəetmə strukturunda üzv ölkələrin balanslaşdırılmış coğrafi təmsilçiliyinin təmin olunması, eləcə də tərəflər üçün qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Qara Dəniz Ticarət və İnkişaf Bankı beynəlxalq dövlətlərarası maliyyə kredit təşkilatıdır. QDTİB iqtisadi inkişafı və regional əməkdaşlığı dəstəkləyir, üzv ölkələrdə dövlət və özəl sektorlarda layihələr üçün kreditlərin verilməsi, kredit xətlərinin açılması, investisiyaların və zəmanətlərin verilməsində və ticarətin maliyyələşdirilməsində iştirak edir.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Mart 2026 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see338

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see329

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see326

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see314

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see312

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see301

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see301

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see293

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see273

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see269

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see268

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see266

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see264

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see261

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see259

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see255

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see252

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see233

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see220

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri