Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

57 yaşlı Cennifer Lopez belə formada qalır

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

​Qara panamalı qadın və Monakoda sui qəsd... Ukraynalı milyarderi kim hədəf alıb?

​Qara panamalı qadın və Monakoda sui qəsd... Ukraynalı milyarderi kim hədəf alıb?

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

İnterpol 39 yaşlı Ukrayna vətəndaşı Anastasiya Berezovskayanı beynəlxalq axtarışa verib.

“AzPolitika” xarici mətbuata istinadla xəbər verir ki, o, Monakoda tanınmış ukraynalı iş adamı, milyarder Vadim Yermolayevə qarşı həyata keçirilən sui-qəsddə və qəsdən adam öldürməyə cəhddə şübhəli bilinir.

Axtarış kartında Berezovskayanın alman dilində rəvan danışdığı qeyd olunub. Monako prokurorunun müavini Morqan Reymond isə şübhəlinin bundan əvvəl Almaniyada yaşadığını bildirib.

“Daily Mail” qəzetinin istintaqdakı mənbələrə istinadən yaydığı məlumata görə, qadını hadisə şahidi tanıyıb. Təhlükəsizlik kameraları onun cinayətdən sonra qara panamada, pasport nəzarətindən keçmədən piyada şəkildə Fransanın Bosolef kommunasına adladığını qeydə alıb. İstintaqın versiyasına görə, o, daha sonra tərəfdaşları ilə birlikdə İtaliya istiqamətinə yollanıb.

Sui-qəsd hadisəsi iyunun 29-u axşam saatlarında Monakonun Reveran-Per-Lui-Frolla küçəsində baş verib. İş materiallarına əsasən, şübhəli şəxs idarəolunan partlayıcı qurğunu “Sun's Palace” yaşayış binasının girişində gizlədib. O, təxminən 12 metr məsafədən mobil telefon vasitəsilə bombanı işə salıb. Güclü partlayış nəticəsində ukraynalı biznesmen Vadim Yermolayev, onun həyat yoldaşı Anna Nasobina və cütlüyün azyaşlı oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hər iki ölkənin – Monako və Fransa prokurorluqları faktla bağlı qəsdən adam öldürməyə cəhd, ictimai yerdə partlayıcı qurğu yerləşdirmə və cinayətkar əlbir olmaq maddələri ilə cinayət işi açıb.

Hədəfə alınan zərərçəkmiş Vadim Yermolayev əslən Ukraynadan olsa da, Kipr vətəndaşlığı daşıyır. “Forbes Ukrayna” nəşrinin məlumatına görə, 2021-ci ildə onun sərvəti 220 milyon dollar həcmində qiymətləndirilib. İş adamı “Alef” şirkətlər qrupunun sahibidir və 2019-cu ildə rəsmi olaraq Ukrayna vətəndaşlığından imtina edib.

Qeyd edək ki, 2023-cü ildə Ukrayna Prezidenti Volodimir Zelenski Vadim Yermolayevə qarşı fərdi sanksiyalar tətbiq edib. Sahibkar Krımın ilhaqından sonra yarımadadakı alkoqollu içki biznesini saxta şəxslərin adına keçirməkdə və Rusiya qanunvericiliyinə uyğun olaraq fəaliyyətini davam etdirərək kölgə iqtisadiyyatına şərait yaratmaqda şübhəli bilinirdi.

Rasim Əliyev

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 03 İyul 2026 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see321

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see321

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see315

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see306

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see302

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see300

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see297

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see294

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see290

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see287

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see262

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see261

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see259

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see257

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see252

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see252

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see248

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see247

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see244

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri