Qara Qarayevə həsr olunan elmi praktiki konfrans keçirilib
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 6 fevral, AZƏRTAC
Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) Üzeyir Hacıbəyli adına konsert salonunda Qara Qarayevə həsr olunan elmi-praktiki konfrans keçirilib.
İttifaqdan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən Xalq artisti, professor Firəngiz Əlizadə Q.Qarayev irsi barədə fikirlərini bölüşüb, bugünkü bəstəkar nəslinin yaradıcılığında Qarayev ənənələrinin təsirindən söhbət açıb.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Konservatoriyasının professoru Jalə Qulamova “Qara Qarayev yaradıcılığının təbliği” mövzusunda çıxış edərək, ölməz sənətkarın ABİ-nın inkişafındakı xidmətlərindən danışıb.
Tədbirdə elm və incəsənət xadimləri - Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Elm və yaradıcılıq işləri üzrə prorektor, Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə, Xalq artisti Azər Dadaşov, professor Faiq Nağıyev, Əməkdar incəsənət xadimi, professor Məmmədağa Umudov “Azərbaycan Bəstəkarlar İttifaqı-90” medalı ilə təltif olunublar.
Qara Qarayevə həsr olunan elmi konfransda ölməz bəstəkarın adını daşıyan 11 illik incəsənət məktəbinin müəllim və şagirdlərinin ifasında musiqi nömrələri səsləndirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 06 Fevral 2025 11:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















