Icma.az
close
up
RU
Qara qarğalar həndəsi tapşırığı yerinə yetiriblər

Qara qarğalar həndəsi tapşırığı yerinə yetiriblər

Icma.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Quş növlərinin içərisində ancaq qarğalar insanların fərq etmədiklərini görməyi bacarırlar. Alimlər bu yeniliyi sensasiyalı kəşf adlandırıblar.
Reyting.az
-ın məlumatına görə, aparılmış yeni araşdırmalar göstərib ki, ancaq qara qarğalar ətrafdakı dünyanı gəzmək, eyni zamanda, arzu edilənləri görmək üçün öz vərdişlərini həyat prinsiplərinə çevirə biliblər.
Alimlərin deyiblər ki, xüsusilə, qara rəngli qarğalar tamamilə yaşam şəraitinə uyğun olan həyat əhəmiyyətli prinsiplərə sadiqdirlər. Bu quşlar özləri üçün vərdiş halına gətirdikləri bütün bunları ustalıqla mənimsəməyi bacarırlar. Elm adamlarının fikrincə, qara qarğaları həm də, "çox ağıllı quşlar" adlandırmaq olar, çünki onlar heç vaxt təbii və fizioloji qanunların əleyhinə çıxmırlar.
Kanadalı tədqiqatçılara və eyni zamanda, digər avropalı elm adamlarına istinadla xatırlatma edən, bu yeni kəşfin isə böyük sensasiya olduğunu söyləyən alimlər vurğulayıblar ki, bütün qara qarğalar indiyədək elmə məlum olmayan rəngləri, həmçinin, bəzi anomaliya bölgələrini yüksək həssaslıqla seçmək qabiliyyətinə malikdirlər.
Bioloqların bu yeni kəşfindən danışan neyrobioloq-alim Andreas Nider bildirib ki, onun rəhbərliyi ilə aparılmış təcrübə hətta mütəxəssisləri də təəccübləndirib. Qeyd olunur ki, iki yetkin qarğaya toxunma ekranındakı altı fərqli forma təqdim edilib - yalnız biri həndəsi cəhətdən nizamsız olub. Quşlar isə bu "anomaliya"-nı müəyyən etməli idilər və nəticədə qarğalar tapşırığı heyrətamiz dəqiqliklə yerinə yetiriblər.
Birinci mərhələdə, bir qarğa digərindən fərqlənib. Birinci qara qarğa cəhdlərin 50 faizində, ikinci qarğa isə 60 faizində uğur qazanıb ki, bu da təsadüfi təxmin ehtimalının yalnız 16,7 faizi deməkdir. Üstəlik, alimlər bir daha bu məsələdə yanılmadıqlarını qeyd ediblər. Çünki qara qarğaların bəzi insan qabiliyyətləri ilə müqayisə edilə biləcək çox yüksək vizual qavrayışa malik olması bu təcrübə ilə yenidən sübuta yetirilib.
Təcrübə yeni, həmçinin çox orijinal üsulla aparılıb. Öncə quşlar infraqırmızı stimullara reaksiya verməklə, interaktiv ekranla qarşılıqlı əlaqədə olublar. Daha sonra isə tapşırıqların çətinliyi tədricən artıb, yəni görüntülər rəqəmlərə çevrilib və miqyası dəyişib. Lakin qarğalar səhv rəqəmi dəqiq müəyyənləşdirməyə davam ediblər. Üstəlik, həmin fiqurların hər biri nə qədər simmetrik olsa da, quşlar üçün real həndəsələr kimi pozuntuları tapmaq bir o qədər də, asan olub.
"Bu kəşf kimə, nə üçün vacibdir?" sualına cavab verməyə çalışan alimlərin fikrincə, yeni tədqiqatlar heyvanların intellektinin mürəkkəb vizual emalı ehtiva edə bilməsi ehtimalını artıq elmi baxımdan tamamilə təsdiqləyir.
Neyrobioloq, öz sahəsinin tanınmış alimi kimi neçə-neçə elmi uğurlara imza atmış Andreas Nider təcrübənin əhəmiyyətini belə izah edib:
"Həndəsi naxışları tam səhvsiz "oxumaq" bacarığı qarğaların sağ qalmasına kömək edir. Onlar səmada uçur və təhlükələrdən qaça bilir, eyni zamanda, yemək tapmağı bacarırlar. Qeyri-adi quşlar olan qara qarğaların üzərində aparılan tədqiqatlar nəticəsində dəqiq məlum olub ki, təbiət, formaları təhlil etmək qabiliyyətini xeyli əvvəl inkişaf etdirir".
Oqtay QORÇU
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:231
embedMənbə:https://reyting.az
archiveBu xəbər 30 Aprel 2025 00:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see434

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see372

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see290

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see276

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see258

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see251

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see248

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see237

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see230

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see226

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see222

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see220

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see218

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see218

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see210

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see208

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see207

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see202

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri