“Qara qızıl” rəngini dəyişir: Ucuzlaşma ümidi yox olur
Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Yaxın Şərqdə baş verən hərbi eskalasiya dünyada neft qiymətlərinə ciddi təsir göstərib.
Bu barədə ABŞ-nin enerji naziri Kris Rayt "X" hesabında yazıb. Onun sözlərinə görə, ABŞ bu bahalaşmanın iqtisadi fəsadlarını azaltmaq üçün strateji ehtiyatlardan 172 milyon barel nefti dövriyyəyə buraxacaq. Nazir qeyd edib ki, bu həcmdə xam neft ehtiyatlardan 120 gün ərzində buraxılacaq.
Qeyd edək ki, Yaponiyada milli strateji neft ehtiyatları satışa çıxarılıb. Bu barədə hökumətin yaydığı məlumatda bildirilir. Buna səbəb Yaxın Şərqdəki eskalasiya fonunda ortaya çıxan neft böhranıdır.
Ötən həftə hökumət bazara ümumilikdə 80 milyon barel xam neft çıxarılacağını bildirmişdi. Beləliklə, neft hasil edən ölkələr ehtiyat nefti bazara çıxarmağa başlayıblar.
Bu proseslər qiymətlərin enməsinə gətirib çıxaracaq və bu, Azərbaycanın neft ehtiyatlarına təsir edəcək?
Məsələ ilə bağlı neft-qaz məsələləri üzrə ekspert Zəfər Vəliyev “Cebheinfo.az”-a bildirib ki, Hörmüz boğazı səmərəli ehtiyat hasilat gücünün və qlobal neft bolluğu ilə bağlı uzun müddətdir mövcud olan inamı pozdu:
“Əslində isə neft bazarları bir müddətdir ki, ciddi fiziki məhdudiyyətlərlə idarə edilirdi. Hörmüz boğazında yaranmış vəziyyət neft bazarlarının əslində çox məhdud ehtiyat hasilat gücü və kövrək tədarük zənciri ilə işlədiyini ortaya qoydu.
Hətta strateji neft ehtiyatlarından 400 milyon barrel xam neftin aktiv istehlaka buraxılması ilə bağlı qərar belə, artan neft qiymətlərini aşağı sala bilmədi. Nəhayət, müharibə bitmədikcə və ya Hörmüz boğazının etibarlı şəkildə fəaliyyəti bərpa edilməsə, neft qiymətlərinin davamlı enişi mümkün deyil və qiymət enmələri tezliklə baş verməyəcək”.
Azərbaycana gəldikdə isə ekspertin sözlərinə görə, 2025-ci ildə kondensatla birlikdə 27,7 milyon ton xam neft hasil edilib:
“Keçən il ixrac həcmləri kondensatla birlikdə 23,1 milyon ton olub. İdxal həcmləri 1,5 milyon ton təşkil edib. 2025-ci ildə emala 6,2 milyon ton neft verilib.
SOCAR aktivində emalı dəstəkləmək üçün kommersiya təyinatlı neft ehtiyatları mövcuddur. Hazırda SOCAR-ın aktivində olan çənlərdə 240 000 ton xam neft var”.
Nigar Abdullayeva
“Cebheinfo.az”
Açar sözlər: qara qızıl t Zəfər Vəliyev
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 17 Mart 2026 14:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















