Icma.az
close
up
RU
Qara qutu da oxundu, günahkar Rusiyadır, bundan sonra nələr olacaq? AÇIQLAMA

Qara qutu da oxundu, günahkar Rusiyadır, bundan sonra nələr olacaq? AÇIQLAMA

Icma.az, Sfera.az portalına istinadən məlumat verir.

Ötən gün AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı hesabat açıqlandı. Belə ki, “Reuters” agentliyi Azərbaycan hökumətindəki anonim mənbəyə istinadən yazıb ki, 2024-cü ilin dekabrında Qazaxıstanda qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsi “Pantsir-S” raketi ilə vurulub: “Azərbaycan tərəfində “Pantsir-S” raketinin bir parçası var, o, təyyarədən çıxarılıb və beynəlxalq ekspertizanın köməyi ilə müəyyən edilib”. Bundan əvvəl isə Kremlin sözçüsü Dmitri Peskov, Rusiya xarici işlər naziri Sergey Lavrov açıqlamalarında təyyarənin vurulması ilə bağlı mətbuatda gedən yazıların qara qutularla bağlı onlardakı ilkin məlumatlarla uzlaşmadığını bildirmiş, hətta quş sürüsü iddiasını da dilə gətirmişdilər. Yəni bir növ Azərbaycanı günahlandırmışdılar. Rusiya tərəfi təzminat verməmək və təyyarəni vurduqlarını qəbul etməmək üçün məsələni boyunlarından atmağa çalışmışdı. Lakin hesabat da təyyarənin vurulmasını doğrulayır.  

Bu faktları qarşılaşdırsaq, bundan sonra Azərbaycan-Rusiya münasibətləri necə olacaq? 

Bununla bağlı Sfera.az-a açıqlama verən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov deyib ki, Rusiya AZAL-ın təyyarəsi vurulandan sonra ard-arda açıqlamalar verməyə başladı:

“Halbuki, bu ölkə səmimi şəkildə etiraf etməli idi ki, “bəli, təyyarəni biz vurmuşuq, amma yanlışlıqla olub..”... Yəni bunu belə izah etməli, bununla da iş tamamlanmalı idi. Rusiya bunun əksini etdi. Putin üzrxahlıq etsə də, təyyarənin vurulması ilə bağlı hər hansı etiraf səsləndirilmədi. Sadəcə “Rusiya ərazisində hadisə baş verib”, deyildi və Qazaxıstan tərəfə yönəldildi. Belə olan halda, təbii ki, Azərbaycan bu məsələdə izləyici mövqedə dayana bilməz. Aydındır ki, nəticəsi olmalı idi və nəticədə münasibətlər gərginləşdi. Rusiya xarici işlər naziri, Kremlin sözçüsü hərəsi bir açıqlama verdi”.

Müsahibimiz qeyd etdi ki, bu cür davranış isə əslində iki ölkə arasında münasibətləri daha da gərginləşdirəcək:

“Məsələ burasındadır ki, Cənubi Qafqaz regionunda Rusiyanın hələ ki bir az ilıq münasibət göstərdiyi ölkə Azərbaycandır. Digər ölkələrlə vəziyyət bu formada deyil. Ona görə də düşünürəm ki, Lavrovun, Peskovun açıqlamaları münasibətləri qırdı. Qara qutu da oxundu, məlum oldu ki, həqiqətən, Rusiya tərəfi burada günahkardır. Bəs indi adını nə qoyacaqlar? Bu, çox maraqlıdır. Hazırda iki ölkə arasında münasibətlər daha da gərginləşir. Ziddiyyət hər gün bir az daha artır. Bunun tək yolu var. Ya Rusiya açıq şəkildə etiraf edib üzr istəməli, təzminat ödəməli, Azərbaycanın şərtlərini qəbul etməlidir, ya da münasibətlər daha da gərginləşəcək. Bu isə rəsmi Moskvaya heç də fayda verməyəcək”.

Günay Rəsulqızı
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:89
embedMənbə:https://sfera.az
archiveBu xəbər 06 Fevral 2025 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri