Icma.az
close
up
RU
“Qara qutu” Türkiyə təyyarəsinin qəza səbəbinə aydınlıq gətirəcək

“Qara qutu” Türkiyə təyyarəsinin qəza səbəbinə aydınlıq gətirəcək

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İlkin məlumatlar və müşahidələr isə xarici təsir iddialarını istisna edir

Noyabrın 11-də Azərbaycandan Türkiyəyə istiqamətlənən, qardaş ölkəyə məxsus C-130 tipli hərbi-nəqliyyat təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb. İlkin məlumatlara görə, təyyarədə olan 20 nəfərin hamısı həlak olub. Qəzanın ardından Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib və iki lider arasında telefon danışığı baş tutub. Azərbaycan tərəfi hadisəni böyük həssaslıqla izləyir, müvafiq qurumlar türkiyəli həmkarları ilə daimi əlaqə saxlayır və araşdırmalara hərtərəfli dəstək göstərir.

Bununla belə, sosial mediada və bəzi media orqanlarında qəzanın səbəblərinə dair əsassız versiyalar və konspiroloji iddialar yayılır. Rəsmi mənbələr bildirir ki, təyyarə qəza öncəsi Gəncə hava limanına eniş edib, orada, təxminən, 2 saat gözləmədə qalıb və bu müddətdə ekipaj hava gəmisini tərk etməyib.

Təyyarədə olan heyət noyabrın 8-də Bakıda keçirilən Hərbi paradda iştirak edən Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələrinə texniki xidmət göstərən mütəxəssislər olub. Uçuşdan öncə onlar bütün təhlükəsizlik yoxlamalarından keçiblər və proseslər hava limanının kameraları tərəfindən qeydə alınıb.

Mənbələr bildirir ki, təyyarədə heç bir partlayıcı maddə və ya qurğu olmayıb — yalnız F-16 təyyarələrinin ehtiyat hissələri daşınıb. Qəzaya uğrayan hava gəmisi uzun müddət istismarda olub və sonuncu dəfə 2020-ci ildə əsaslı təmir keçib. İlkin müşahidələr təyyarənin gövdəsində xarici təsir izlərinin olmadığını göstərir.

Müqayisə üçün qeyd edilir ki, 2024-cü ilin dekabrında Azərbaycana məxsus “Embraer-190” təyyarəsinin qəzaya uğraması zamanı gövdədə xarici təsir nəticəsində çoxsaylı deşiklər aşkarlanmışdı. C-130 tipli təyyarədə belə izlər müşahidə edilmədiyi üçün, onun vurulması və ya partlayış nəticəsində sıradan çıxması versiyası istisna olunur.

Hazırda ilkin araşdırmalar iki əsas versiya üzərində aparılır. Birinci ehtimal texniki köhnəlmə və korroziya versiyası ilə bağlıdır. Uzunmüddətli istismar nəticəsində korroziya, xüsusilə yüksək təzyiq altında uçuş zamanı konstruksiya zədələnməsinə səbəb ola bilər. Oxşar hadisə 1990-cı illərdə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “Herkules” təyyarəsi ilə də baş vermişdi. İkincisi yükün bərkidilməsi ilə bağlı ehtimaldır. Daşınan avadanlıqlar qaydalara uyğun sabitlənmədikdə, turbilentlik və ya kəskin manevr zamanı yerindən tərpənərək daxili zədələnmələrə və idarəetmənin itirilməsinə gətirib çıxara bilər.

Bu versiyalar sosial mediada yayılan fərziyyələrin əsassız olduğunu göstərir. Əsl səbəblər təyyarənin “qara qutusu”nun təhlilindən sonra tam müəyyən ediləcək.

Prezident Rəcəb Tayyib Ərdoğan hadisə ilə bağlı çıxışında xalqı səbir və ayıqlığa çağırıb: “Millətimiz əmin olsun ki, Türkiyə Cümhuriyyəti Gürcüstan və Azərbaycanla birlikdə bütün imkanlarını qəhrəmanlarımız üçün səfərbər edib. Araşdırmalar ciddi şəkildə aparılacaq və qəzanın bütün aspektləri tam aydınlaşdırılacaq”.

Dövlət başçısı, həmçinin vətəndaşlara sosial mediada yayılan yalan məlumatlara inanmamağı tövsiyə edib: “Xalqımızı manipulyasiyalara və dezinformasiyalara qarşı ayıq olmağa çağırıram. Belə bir faciədən siyasi məqsədlərlə sui-istifadə edənlərə inanmayın”.

Cənab Ərdoğanın sözlərinə görə, təyyarənin qalıqları yerli vaxtla saat 17:00-da tapılıb, ərazi mühafizəyə alınıb və 46 nəfərlik mütəxəssis qrupu Gürcüstana göndərilib. Faciə yerində 19 hərbçinin nəşi aşkar edilib, bir nəfərin axtarışı davam edir.

Türkiyə lideri, həmçinin hadisəni Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə telefonla müzakirə etdiyini bildirib: “Bu faciə təkcə türk xalqına deyil, həm də Azərbaycandakı qardaşlarımıza və Gürcüstandan olan dostlarımıza kədər gətirdi. Gürcüstan hakimiyyəti sıx əməkdaşlıq edir və bizə bütün mümkün dəstəyi göstərir. Eyni şey Azərbaycandakı qardaşlarımıza da aiddir”.

Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, Ankara hadisənin bütün detalları üzərində işləyir və qəzanın səbəbləri tam dəqiqləşdirilənədək araşdırmalar davam etdiriləcək.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Noyabr 2025 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see210

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see150

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri