Icma.az
close
up
RU
Qara Tofiq doğulduğu torpaqda dəfn edildi FOTOLAR

Qara Tofiq doğulduğu torpaqda dəfn edildi FOTOLAR

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Azərbaycanın sabiq kənd təsərrüfatı naziri, Elçibəy hakimiyyətinin tanınmış simalarından olmuş Tofiq Hüseynli – ictimaiyyət arasında daha çox “Qara Tofiq” kimi tanınan dövlət xadimi bu gün doğulduğu Tovuz rayonunda torpağa tapşırılıb.

Bakıvaxtı.az  xəbər verir ki, vida mərasimi Tovuz rayonunun Qovlar qəsəbəsində keçirilib. Mərhum doğmalarının, yaxınlarının, silahdaşlarının və rayon sakinlərinin iştirakı ilə son mənzilə yola salınıb.

Bəlli olduğu kimi, Tofiq Hüseynli dünən uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.

Musavat.com-un əldə etdiyi məlumata görə, Tofiq Hüseynli son səkkiz ilə yaxın müddətdə İsveçdə yaşayıb, həmin ölkədən siyasi sığınacaq almışdı. Səhhətinin kəskin pisləşməsi səbəbindən bir müddət əvvəl Ankaradakı xəstəxanalardan birinə yerləşdirilmişdi. Həkimlərin vəziyyətini ümidsiz qiymətləndirməsindən sonra o, təxminən üç gün əvvəl doğulduğu Tovuz rayonuna gətirilmişdi.

Siyasi mühacir statusunda olmasına və Azərbaycana girişi ilə bağlı hüquqi məsələlərin mövcudluğuna baxmayaraq, Azərbaycan dövləti onun ağır sağlamlıq durumunu nəzərə alaraq ölkəyə girişinə mane olmayıb. Tofiq Hüseynli son nəfəsini doğulduğu Qovlar qəsəbəsində verib.

Tofiq Hüseynli Azərbaycanın müstəqilliyinin ilk illərində ölkənin siyasi həyatında fəal iştirak edib. O, 1992–1993-cü illərdə Prezident Əbülfəz Elçibəyin hakimiyyəti dövründə kənd təsərrüfatı naziri vəzifəsində çalışıb. Daha əvvəl isə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı olub. Sərt idarəçilik üslubu və prinsipiallığı səbəbindən xalq arasında “Qara Tofiq” ləqəbi ilə tanınıb.

1993-cü ildə hakimiyyət dəyişikliyindən sonra uzun illər müxtəlif siyasi proseslərin iştirakçısı olan Tofiq Hüseynli son illərdə xaricdə yaşayırdı.

Musavat.com mərhumun doğulduğu torpaqda keçirilən dəfn mərasimindən çəkilmiş fotoları oxucularına təqdim edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 02 Avqust 2026 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see313

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see313

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see312

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see306

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see289

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see273

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see269

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see264

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see262

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see259

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see257

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see256

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see252

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see250

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see240

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see236

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see229

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see209

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri