Icma.az
close
up
RU
“Qara yumoru sevənlər daha ağıllıdır“ Araşdırma

“Qara yumoru sevənlər daha ağıllıdır“ Araşdırma

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Tədqiqatlar göstərir ki, qaranlıq və mürəkkəb zarafatları anlamaq daha yüksək idrak qabiliyyəti tələb edə bilər..."

Vyana Tibb Universitetinin alimləri qara yumora marağın insanın təkcə dünyagörüşü ilə deyil, həm də beyin fəaliyyətinin xüsusiyyətləri ilə bağlı olub-olmadığını araşdırıblar.

Moderator.az xəbər verir ki, bu barədə Amerikanın "Vice" gənclik jurnalı yazıb.

Araşdırmanın məqsədi və metodologiya

Nəşr yazır ki, 2017-ci ildə aparılan tədqiqatda "asma yumoru" adlanan, ölüm, xəstəlik və digər ağır mövzular üzərində qurulan zarafatların insanlar tərəfindən necə qəbul edildiyi təhlil olunub. Psixoloq Ulrike Villingerin rəhbərlik etdiyi komanda 156 könüllünün cavablarını araşdırıb. 

İştirakçılar müxtəlif təhsil səviyyələrinə malik 76 qadın və 80 kişidən ibarət olub. Onların verbal intellekti söz testləri ilə, məntiq qabiliyyəti isə qeyri-verbal IQ tapşırıqları ilə ölçülüb. Eyni zamanda, iştirakçılar şəxsiyyət, aqressiya və emosional vəziyyətlə bağlı anketləri doldurublar.

Qara yumor testləri və reaksiyalar

Daha sonra iştirakçılara alman rəssamı Uli Ştaynın "The Black Book" toplusundan 12 karikatura göstərilib. Bu karikaturalarda ölüm, intihar, xəstəlik və müxtəlif tibbi vəziyyətlər kimi ağır və qaranlıq mövzular əks olunub.

İştirakçılardan bu zarafatların nə qədər asan başa düşüldüyü, onların kobud və ya qeyri-etik olub-olmaması və ümumilikdə nə dərəcədə maraqlı göründüyü barədə qiymət vermələri istənilib. Cavablar əsasında onların qavrama səviyyəsi və yumora münasibəti analiz edilib.

Nəticələr və elmi qənaət

Tədqiqat nəticəsində iştirakçılar üç qrupa bölünüb. Birinci qrup qara yumora neytral yanaşıb və orta intellekt və orta aqressiya göstəriciləri göstərib. İkinci qrup bu tip zarafatları daha zəif anlayıb və daha yüksək aqressiya meyli nümayiş etdirib, lakin intellekt səviyyələri orta olub. 

Üçüncü qrup isə qara yumoru ən çox sevənlər olub və həm verbal, həm də məntiq testlərində ən yüksək nəticələri göstəriblər. Eyni zamanda, bu qrup ən aşağı aqressiya səviyyəsinə malik olub.

Alimlər nəticəyə gəliblər ki, mürəkkəb və ikimənalı yumoru anlamaq yüksək idrak emalı və analitik düşüncə tələb edir. Bu nəticələr qismən Ziqmund Freydin 1905-ci ildə yazdığı "Zarafatlar və şüuraltı ilə əlaqəsi" əsərində irəli sürdüyü fikirlərlə də üst-üstə düşür.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://moderator.az
archiveBu xəbər 18 İyun 2026 23:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see375

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see363

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see303

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see285

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see257

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see257

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see245

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see243

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see233

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see225

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see219

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see218

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see205

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see196

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see180

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see179

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see179

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see172

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see166

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri