Qarabağ a kritik xəbərdarlıq: İki əsas futbolçu cəza astanasında
sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Qarabağ"ın iki futbolçusu UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda Almaniyanın "Ayntraxt" (Frankfurt) komandası ilə oyunu buraxmaq təhlükəsi ilə üzləşib.
Sport24.az-ın məlumatına görə, Mateus Silva və Kevin Medina sarı vərəqə limitindədirlər.
Hər ikisi artıq Liqa mərhələsində iki dəfə sarı vərəqə ilə cəzalanıblar.
Medina və Silva VI turda Bakıda "Ayaks"la (Niderland) görüşdə də vərəqə görsə, Frankfurt təmsilçisi ilə növbəti qarşılaşmada meydana çıxmayacaqlar. "Köhlən atlar"ın digər aparıcı futbolçusu Kadi Borges zədəli olduğu üçün matçların iştirak ərizəsindən kənarda qalıb.
Qeyd edək ki, "Qarabağ" "Ayaks"la dekabrın 10-da, "Ayntraxt"la 2026-cı il, yanvarın 21-də üz-üzə gələcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 04 Dekabr 2025 13:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















