Icma.az
close
up
RU
Qarabağ a rəqib olan Liverpul un baş məşqçisi püşkü dəyərləndirdi: Çətin, amma həyəcanlı

Qarabağ a rəqib olan Liverpul un baş məşqçisi püşkü dəyərləndirdi: Çətin, amma həyəcanlı

Icma.az, Oxu.az saytına istinadən bildirir.

İngiltərənin "Liverpul" klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsində çox çətin və həyəcanlı oyunlara çıxacaq.

Monakoda keçirilən püşkatmadan sonra "qırmızılar"ın səkkiz rəqibi bəlli olub. Premyer Liqanın son çempionu evdə "Real Madrid", "Atletiko Madrid", "PSV Eindhoven" və "Qarabağ"ı qəbul edəcək. Komanda səfərdə isə "İnter", "Ayntraxt Frankfurt", "Marsel" və "Qalatasaray"la üz-üzə gələcək.

Baş məşqçi Arne Slot püşkü "çətin, amma həyəcanlı" adlandırıb:

"Keçən mövsümdə olduğu kimi, yenə də çətin püşkdür. Bunu bilirdik, çünki Çempionlar Liqasında, xüsusən də yeni formatda asan rəqib olmur. Ancaq aydındır ki, bu həm də çox maraqlı püşkdür, evdə və səfərdə böyük oyunlarla doludur.

"Real Madrid"i evdə yenidən qarşılamaq xüsusi hissdir. Keçən mövsümün oyunu yaddaqalan olmuşdu, bu dəfə də eyni olacaq. Düşünürəm ki, bu, bütün dünyanın izləyəcəyi qarşılaşmadır. "PSV Eindhoven" ilə görüş də mənim üçün fərqlidir, çünki onlar ardıcıl iki mövsüm Niderland çempionu olublar. "Qalatasaray" Türkiyədə son üç mövsümün, "Qarabağ" isə Azərbaycanın çempionudur.

"İnter", "Atletiko", "Ayntraxt" və "Marsel" kimi güclü komandalarla qarşılaşmaq isə Çempionlar Liqasının gücünü bir daha göstərir. Heç bir oyunumuz asan olmayacaq. Amma əminəm ki, azarkeşlərimiz ev matçlarını və böyük arenalarda keçiriləcək səfər görüşlərini səbirsizliklə gözləyirlər. Onlar həyəcanlıdırlar, biz də elə".

Slot həmçinin mövsümün sıx təqvimini vurğulayıb: "Önümüzdə həm ölkə daxilində, həm də Avropada çox sıx bir qrafik var. Amma biz buna hazırıq və qarşıdakı bütün çətinlikləri səbirsizliklə gözləyirik".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://oxu.az
archiveBu xəbər 28 Avqust 2025 23:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see193

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see191

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see174

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see165

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see162

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see159

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see158

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see155

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see153

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see146

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see145

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see141

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see141

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see136

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see136

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see135

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see135

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see128

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri