“Qarabağ atı” ermənilərdə isterika yaratdı Foto
Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
İspaniyanın Valensiya şəhərində istehsal etdiyi çini heykəllərlə dünyaca məşhur olan Lladro şirkəti bu dəfə “Qarabağ atı”nı satışa çıxarıb.
Axar.az xəbər verir ki, bu barədə “Minval” məlumat yayıb.
Şirkətin reklam bülletenində heykəlcik şəklinin yanında “Qarabağ atı Azərbaycanın mədəni irsinin və onun əyilməz ruhunun simvoludur. Rəssamlarımız bu unikal cinsin zərifliyini və gözəlliyini vurğulayaraq, onu çini heykəldə təsvir ediblər. Qədim adət-ənənələrə sadiq qalaraq, at zəngin rənglərlə bəzədilmiş naxışlı Qarabağ xalçasına bürünüb” deyilir.
Bu ifadələr isə erməniləri isterikaya salıb. Erməni mətbuatında Qarabağın guya “Ermənistanın tarixi hissəsi” olduğu, Azərbaycanın mədəni irsinin qeyd olunmasının isə “reallığa uyğun olmadığını” bildirirlər. Onlar şirkətin bəyanatını tənqid etməklə yanaşı, həm də Lladro məhsullarını boykot etməyə çağırıblar.
Qeyd edək ki, sözügedən “Qarabağ atı” çini heykəlinin qiyməti 13 min 480 manatdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 08 Yanvar 2025 12:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















