Icma.az
close
up
RU
“Qarabağ” Avropada tarix yazır: Çempionlar Liqasında yeni səhifə in TƏHLİLİ

“Qarabağ” Avropada tarix yazır: Çempionlar Liqasında yeni səhifə in TƏHLİLİ

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qurban Qurbanovun baş məşqçisi olduğu “Qarabağ” futbol klubu tarixində ilk dəfə Avropanın əsas avrokubok turnirini hesab olunan Çempionlar Liqasının qrup mərhələsinə ardıcıl iki qələbə ilə başlayıb.

İdman.biz xatırladır ki, Ağdam klubu ötən gün Çempionlar Liqasının ikinci turunda Bakıda Danimarkanın “Kopenhagen” komandası üzərində 2:0 hesablı inamlı qələbə qazandı.

Qolların müəllifi Zubir və Addai oldu. İki turdan sonra ağdamlıların altı xalı var və “köhlən atlar” turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb.

Əvvəl yalnız Avropa Liqasının 2023/2024 mövsümündə Qurban Qurbanovun komandası əsas mərhələyə iki qələbə ilə başlaya bilmişdi. Həmin mövsüm “Qarabağ” evdə “Molde”yə (Norveç), səfərdə isə “Hekken”ə (İsveç) qalib gəlmişdi. Hər iki oyun Azərbaycan klubunun minimal hesablı qələbəsi ilə yekunlaşmışdı. Çempionlar Liqasının 2017/2018-ci il mövsümünün əsas mərhələsində isə Qurban Qurbanovun yetirmələri bütün qrup mərhələsində cəmi iki xal toplayaraq, qrupu sonuncu pillədə başa vurub.

Beləliklə, “Benfika” üzərində 2:3, Bakıda isə “Kopenhagen” üzərində qələbədən sonra “Qarabağ” Avropanın əsas futbol turnirində rekordlar vurmağa davam edir.

Xatırladaq ki, “Qarabağ” ötən mövsüm Avropa Liqasının əsas mərhələsində keçirdiyi 8 oyunda cəmi 3 xal toplaya bilmişdi.

Məlumat üçün əlavə edək ki, Ağdam klubu cari Çempionlar Liqasında növbəti oyununu oktyabrın 22-də səfərdə “Atletik Bilbao”ya qarşı keçirəcək.

Teymur Tuşiyev

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:491
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 02 Oktyabr 2025 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see621

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see497

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see475

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see324

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see313

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see305

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see304

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see300

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see293

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see287

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see263

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see261

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see257

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see254

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see254

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see249

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see248

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see246

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri