Icma.az
close
up
RU
“Qarabağ” Avstriyada: köhnə rəqiblər, uğurlu sınaqlar

“Qarabağ” Avstriyada: köhnə rəqiblər, uğurlu sınaqlar

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Niderlandın “Tvente” komandası Azərbaycan futboluna tanış və yaxın rəqibdir. Bu tanışlığın tarixçəsi isə düz 16 il əvvəlin yayına gedib çıxır.

Enshede şəhərini komanda 2009-cu ildə Avropa Liqasının təsnifatının pley-off mərhələsində bizim “Qarabağ”a rəqib oldu. İlk dəfə məhz həmin il Avropada pley-off oynayan Ağdam təmsilçisi Bakıdakı ilk matçda heç-heçə etdi, (0:0) Enshededəki cavab matçında isə 1:3 hesabı ilə uduzaraq mübarizəni dayandırdı. 

Lakin elə bu qarşılaşmalardan sonra klublar arasında münasibətlərin təməli qoyuldu, cəmi bir neçə ay sonra “Qarabağ”ın futbolçusu Vaqif Cavadov “Tvente”yə transfer olundu. 

2014-cü ildə isə komandalar yenidən Avropa Liqasının pley-off mərhələsində üz-üzə gəldi. Bu dəfə isə “Qarabağ” 5 il öncəki məğlubiyyətin əvəzini çıxaraq (0:0, cavab matçında 1:1) o vaxtkı səfər qolu qaydası sayəsində Avroliqanın qrupuna vəsiqə qazandı. Həm də tarixində ilk dəfə.

“Qarabağ”la “Tvente” bir də həmin matçlardan 11 il sonra, iyulun 11-də üz-üzə gəldi. Bu dəfə Avstriyada iki yoxlama matçında. Beləliklə, Niderland təmsilçisi indiyədək “Qarabağ”ın ən çox qarşılaşdığı əcnəbi komandalardan oldu. Bu iki yoxlama görüşünün ilkində “Qarabağ” qalib gəldi (3:2), digərində isə uduzdu (1:2).

Bu yerdə vacib bir məqam da qeyd edilməlidir ki, “Qarabağ”ın Avstriyadakı hazırlıq prosesi zamanı seçdiyi hər üç rəqib səviyyəli komandadır.

Elə həmin “Tvente”dən başlasaq, Enshede klubu Erediviziyada son mövsümü 6-cı yerdə başa vurub. Qeyd etmək yerinə düşər ki, Niderland yüksək liqası “boyük beşlik”dən sonra hazırda reytinqinə görə Avropanın ən güclü 6-cı çempionatı sayılır. Odur ki, belə bir liqanın təmsilçisi ilə matçlar bu mövsüm Çempionlar Liqasında Azərbaycanı təmsil edəcək “Qarabağ” üçün yerinə düşmüş uğurlu sınaqlar oldu. Yəni adətən yoxlama görüşlərinin nəticələri çox da əhəmiyyətli sayılmır. Əksinə matçların özü fasilədən yeni qayıdan komandaların mövcud hazırlıq durumunu üzə çıxarır. Elə baş məşqçi Q.Qurbanov da “Tvente” ilə görüşlərdən sonra verdiyi açıqlamada bu məqama da toxunub:

“İki yaxşı oyun alındı. Bütün futbolçularımıza 90 dəqiqə oynamaq üçün şərait yaratdıq. Yaxşı oyun fəlsəfəsi olan, güclü və intizamlı rəqiblə qarşılaşırdıq. Nəticədən çox meydanda etdiklərimiz vacib idi. Bütün istəklərimizin düzgün icra edilməsini futbolçulardan hələ tələb etməyimiz doğru çıxmaz. Səhvlər qaçılmazdır. Ancaq hər iki matçda komandamızın çıxışı gələcəyə ümid verdi. Hazırlıq dönəminin ən vacib günü idi. Oyunları zədəsiz tamamlamağımız da sevindirici məqamdır”.

“Qarabağ”ın bu toplanış çərçivəsində ilk rəqibi isə yeni mövsümdən Ukrayna Premyer Liqasında yarışacaq “Metalist 1925” oldu (4:5). Toplanış çərçivəsində Ağdam klubunun son rəqibi də ona tanışdır. Avstriya futbolunun nəhənglərindən olan 17 dəfə ölkə çempionu “Zalsburq”. 

Bu komanda son mövsümü yerli liqada 2-ci yerdə başa vurub və çempion “Şturm”dan cəmi 2 xal geridə qalıb.

Xatırladaq ki, "Qarabağ"la "Zalsburq" 2014-cü ildə Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində üz-üzə gəlib. Bakıdakı matçda Ağdam təmsilçisi qələbə qazansa da (2:1), cavab görüşündə uduzub (0:2). "Zalsburq" üstün tərəf kimi ÇL-də pley-off mərhələsinə adlayıb.

Beləliklə, “Zalsburq”la 15 iyulda keçiləcək oyun da “Qarabağ” üçün üstün və zəif tərəflərini daha da aşkarlamaq baxımdan yaxşı bir sınaq olacaq. Bu oyunların komandaya nə kimi fayda verəcəyini isə biz tezliklə Çempionlar Liqasının matçında görəcəyik.

ELNUR

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:157
embedMənbə:https://qol.az
archiveBu xəbər 13 İyul 2025 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see326

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see289

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see280

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see280

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see272

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see266

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see259

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see250

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see241

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see231

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see228

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see225

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see221

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see208

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see204

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see203

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see196

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see194

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see191

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri