Qarabağ Ayntraxt dan daha gümrah, daha istəkli idi Ağdam klubunun sabiq kapitanı
Sportal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Qarabağ"ın sabiq kapitanı Azər Məmmədov Sportal.az saytına müsahibə verib.
- “Qarabağ” “Ayntraxt”la görüşdə qələbə qazanmağı bacardı. Matçdan öncə qələbəyə inanırdınız?
- “Qarabağ” “Ayntraxt”dan güclü rəqiblərə qalib gəlməyi bacarıb. Onun üçün də “Qarabağ”ın tarixi şansı dəyərləndirmək üçün “Ayntraxt”a qalib gələ bilərdi və bunu da reallaşdırdı. Bəli, çətin oyun olsa belə, “Qarabağ”ın qələbəsinə inanırdım.
- Maraqlıdır ki, “Qarabağ” bu il ilk rəsmi matçını keçirirdi, “Ayntraxt” isə üç rəsmi matça çıxmışdı və daha yaxşı tonusda idi. “Qarabağ” hansı detallarda rəqibi üstələdi ki, bu oyun tempinin çatışmazlığını sığortaladı?
- Bəli, sizinlə razıyam. “Ayntraxt” çempionatda 3 oyun keçirmişdi. Amma unutmayaq ki, “Qarabağ” da Antalyada yaxşı təlim-məşq toplanışı keçmişdi, yaxşı komandalara qarşı yoldaşlıq oyunları oynamışdı. “Qarabağ” onlardan daha gümrah, daha istəkli idi.
- Əksər insanlar hakim idarəçiliyinin “Qarabağ”ın əleyhinə olduğunu deyir, hətta ölkə başçısı İlham Əliyev də bu haqda yazmışdı. Səncə, hakimin “Qarabağ”ın əleyhinə qərarları çox oldu?
- Oyunun əvvəlində idarəçilik normal idi, baş hakim matçı normal idarə edirdi. Bilirsiz, baş hakimin qapımıza penalti verməsindən sonra VAR hakiminin həmin qərarı dəstəkləməsinə daha çox təəccübləndim. Fikrimcə, orada penalti yox idi. Şükür Allaha oyunun sonu bizim xeyrimizə bitdi.
- “Qarabağ”ın heyətində Çempionlar Liqasında ilk dəfə start heyətində meydana çıxan Joni Montielin performansını necə dəyərləndirirsiniz?
- Komandanın ümumi oyununa çox tez uyğunlaşdı və oynadığı həssas mövqedə işinin öhdəsindən layiqincə gəldi. Həm də, komanda hesabda geridə ola-ola “Ayntrax” kimi rəqibi üstələyərək qələbə qazanıbsa, demək ki, hamı yaxşı oynayıb.
- “Qarabağ”ın son matçı “Liverpul”a qarşıdır. Komanda hazırda 10 xala malikdir. “Liverpul”la görüşdən gözləntin nədir və sizcə, komanda pley-off mərhələsinə çıxa biləcək?
- Hamımız bilirik ki, “Liverpul” çox güclü çempionatına iddialı komandasıdır. “Qarabağ”ın onu məğlub etməsi çətin görünür. Çünki “Liverpul” da səkkizlikdə qalmaq üçün vacib qələbəyə ehtiyacı var. “Qarabağ” üçün ən çətin oyunlardan biri olacaq. Amma futbolda bəzən sənin gözləntilərinin əksi də gəlir. Biz “Qarabağ”dan ancaq gözəl və ürəkli oyun nümayiş etdirməsini gözləyəcəyik. O ki qaldı pley-off məsələsinə inanıram ki, “Qarabağ” “24lük”də yer alacaq.
Mirbağırağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 23 Yanvar 2026 12:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















