“Qarabağ” Azərbaycan çempionatlarında 900cü ev qolunu vurub AZƏRTAC
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 17 dekabr, AZƏRTAC
“Qarabağ” Azərbaycan çempionatlarında 900-cü ev qolunu vurub.
AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XVII turuna təsadüf edib.
“Sumqayıt”la görüşdə vurulan sonuncu top yubiley xarakteri daşıyıb. “Qarabağ”ın öz meydanındakı 900-cü qoluna Toral Bayramov imza atıb.
Ağdam klubu “900”ə 464-cü ev matçında çatıb. “Qarabağ” öz meydanında 900 və daha çox qol vuran ikinci komanda olub. Bunadək yalnız “Neftçi” öz meydanında bu qədər qola imza atıb.
Qeyd edək ki, “Qarabağ”ın ilk ev qolunu 1992-ci il mayın 3-də Sabirabad “İnşaatçı”sı ilə matçda Mehman Alışanov vurub.

“Qarabağ” 900cü ev qolunu vurdu
17 Dekabr 2024 10:25
“Neftçi” Azərbaycan çempionatlarında 1600 cü qolunu vurub
29 Aprel 2025 21:45
Şamaxı Azərbaycan çempionatlarında 850 ci qolunu vurub
05 Mart 2025 14:58
“Qarabağ”dan Azərbaycan çempionatlarında 1600 cü qol
12 Aprel 2025 11:19

