Icma.az
close
up
RU
“Qarabağ Azərbaycandır və nida işarəsi” 2023 cü ilin antiterror əməliyyatı ŞƏRH

“Qarabağ Azərbaycandır və nida işarəsi” 2023 cü ilin antiterror əməliyyatı ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

​Prezident İlham Əliyevin Valday Beynəlxalq Diskussiya Klubunda səsləndirdiyi "Qarabağ Azərbaycandır və nida işarəsi" ifadesi, təkcə diplomatiya tarixinə düşən siyasi bəyanat deyil, Azərbaycan xalqının otuz illik həsrətinə, ədalətsizliyə və torpaq işğalına qarşı qoyulmuş milli iradə manifesti idi. 2020-ci ilin 44 günlük Vətən Müharibəsi bu Tarixi Cümlənin birinci hissəsini — möhtəşəm Zəfərlə torpaqlarımızın böyük hissəsinin azad edilməsini təmin etdi. 19-20 sentyabr 2023-cü il tarixində keçirilən 24 saatlıq lokal xarakterli antiterror əməliyyatı isə həmin cümlənin sonuna həqiqi, dəyişməz və əbədi nida işarəsini qoydu.

​44 günlük müharibədən sonra imzalanmış Üçtərəfli Bəyanatın şərtlərinə rəğmən, Qarabağ ərazisində qanunsuz erməni silahlı birləşmələri qalmaqda, yeni minalama fəaliyyətini davam etdirməkdə və hərbi təxribatlar törətməkdə idi. 2023-cü il sentyabrın 19-da polis əməkdaşlarının və mülki şəxslərin xain mina partlayışları nəticəsində həlak olması Azərbaycan dövlətinin səbr kosasını doldurdu. Operativ, yüksək dəqiqlikli və dünya hərb tarixinə nadir hərbi əməliyyat kimi düşən bu addım nəticəsində cəmi 24 saat ərzində qanunsuz xunta rejimi tam təslim oldu, hərbi birləşmələr tərksilah edildi və separatçı rejim tarixin zibilxanasına atıldı. Azərbaycan Ordusu yalnız mülki əhalini qoruyaraq zərgər dəqiqliyi ilə hərbi obyektləri neytrallaşdırdı.

​Nida işarəsi bitmiş fikri, sarsılmaz qətiyyəti və mübahisəsiz gerçəkliyi simvolizə edir. 2023-cü ilin sentyabr əməliyyatı ilə Azərbaycan bütün dünyaya sübut etdi ki, ölkəmizin ərazi bütövlüyü və suverenliyi mövzusu artıq heç bir beynəlxalq platformada, geopolitik pazarlıqda alət və ya müzakirə obyekti ola bilməz. Xankəndi, Xocalı, Xocavənd, Ağdərə və Əsgəranda Azərbaycan bayrağının ucaldılması ilə ölkəmizin hər bir qarışında konstitusiya quruluşu, qanunun aliliyi və tarixi ədalət tam bərpa olundu.

​Məhz bu tarixi zəfərin, separatizmə vurulan son zərbənin və tam ərazi bütövlüyünün təsbit olunması amili nəzərə alınaraq, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 20 sentyabr tarixi Azərbaycanda Dövlət Suverenliyi Günü kimi təsis edildi. Suverenlik Günü — xalqımızın azadlıq, müstəqillik, sarsılmaz birlik və öz doğma torpaqlarında tam hakim olmaq hüququnun təntənəsidir. 1991-ci ildə elan olunmuş dövlət müstəqilliyimiz məhz 20 sentyabr 2023-cü ildə öz məntiqi və tam əməli həllini tapdı, dövlətimiz bütün xəritəsi boyunca tam suverenliyinə qovuşdu.

​Bu tarixi dönüş nöqtəsi həm də regionda dinc, təhlükəsiz və dayanıqlı inkişafın əsasını qoydu. Qısa müddət ərzində azad edilmədən dərhal sonra başlayan "Böyük Qayıdış" proqramı çərçivəsində on minlərlə soydaşımız öz ata-baba yurdlarına qayıdır, Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur, cənnətə çevrilir. Separatizmin qaranlığından xilas olan bu torpaqlar artıq quruculuq, təhsil, mədəniyyət və iqtisadi dirçəliş mərkəzinə çevrilməkdədir.

​Bu gün Xankəndinin mərkəzində, Şuşanın zirvələrində və Qarabağın hər bir dağında dalğalanan üçrəngli bayrağımız, bərpa olunan Suverenlik Günümüz və yenidən qurulan şəhərlərimiz "Qarabağ Azərbaycandır!" kəlamının sadəcə bir şüar deyil, dəyişməz, əbədi və sarsılmaz bir reallıq olduğunu bütün dünyaya bəyan edir.

Vüsal Hüseynov

YAP Xocavənd rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Sentyabr 2026 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see336

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see287

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see282

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see270

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see253

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see249

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see232

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see232

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see217

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see217

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see212

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see209

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see208

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see207

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see207

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see207

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see206

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see200

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see190

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri