Qarabağ Bəhlulu uzun müddətə itirdi
Icma.az, sport24.az saytına istinadən bildirir.
UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl"la oyununun 22-ci dəqiqəsində zədələnərək əvəzlənən "Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə 10-12 həftə yaşıl meydanlardan kənarda qalacaq. Sport24.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Tibbi müayinələrin nəticəsinə əsasən, Bəhlul Mustafazadənin sol budunun adduktor əzələlərində və qasıq nahiyəsindən zədə müəyyən edilib.
Hazırda tibbi heyət tərəfindən cərrahi müdaxilənin mümkünlüyü qiymətləndirilir. Futbolçunun məşq prosesinə qayıdış müddəti bərpa mərhələsinin gedişinə uyğun olaraq fərdi şəkildə müəyyənləşdiriləcək.
İlkin tibbi rəyə əsasən, reabilitasiya dövrünün təxminən 10-12 həftə davam edəcəyi gözlənilir.
Qeyd edək ki, "Qarabağ" ötən gün Bakıda "Nyukasl"a 1:6 hesabı ilə uduzub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 19 Fevral 2026 18:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















