“Qarabağ” bu futbolçuları Neapola aparmayacaq... ciddi itkilər!
Footbal-plus saytına istinadən Icma.az xəbər verir.
“Qarabağ” bu gün Çempionlar Liqasının liqa mərhələsinin 5-ci turu çərçivəsində “Napoli”yə qarşı keçiriləcək oyun üçün İtaliyaya yollanacaq. Ağdamlılar saat 18.00-da çarter reysi ilə Neapola gedəcək.
Bəs, “köhlən atlar” zədəli futbolçuları da özləriylə aparacaqmı?
“Qarabağ”ın mətbuat xidmətindən “Football-plus.az”a verilən məlumata görə, klub Şahruddin Məhəmmədəliyevlə Kadi Borgesi Bakıda saxlayacaq. İtaliyay yalnız adı matçın iştirak ərizəsinə salınacaq futbolçular aparılacaq.
Xatırladaq ki, hər iki oyunçunun durumu ciddidi. Şahruddin sol bud çanağındakı zədə üzündən 2-3 ay yaşıl meydandan uzaq qalacaq. “Çelsi”ylə matça sıradan çıxan Borgesin isə sol fibulasında sınıq aşkarlanıb. Onun yenidən forma geyə bilməsi üçün 8-10 həftə vaxt lazımdı.
KƏNAN BAHADIR
Baxış sayı:25
Bu xəbər 23 Noyabr 2025 13:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















