“Qarabağ” “Çelsi” ilə oyuna görə hərəkətə keçdi... rüsvayçı səhvlər təkrarlanacaqmı?
Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.
“Qarabağ”ın Çempionlar Liqasının 2-ci turunun "Kopenhagen"ə qarşı matçında (2:0) yaşanan xoşagəlməz olayların səbəblərini araşdırmağa başladığını xəbər vermişdik.
Xatırladaq ki, klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev “Football-plus.az”a açıqlamasında matçı stadiondan izləməyə gələn minlərlə azarkeşin tribunadakı yerini vaxtında tuta bilməməsi nəticəsində ortaya çıxan fəsadların səbəblərini araşdırmağa başladıqlarını demişdi.
İş ondadı ki, hələ araşdırmanın hansı sonluqla bitdiyi haqda ictimaiyyətə məlumat verilməyib. Bu üzdən yenidən Anar bəylə əlaqə saxladıq. Onun saytımıza cavabı:
“Hazırda araşdırma davam edir. Biletlərin satışı bir neçə qurum vasitəsilə həyata keçirilir. Ümumiyyətlə müxtəlif istiqamətlərdə çalışırıq. Məqsəd odu ki, növbəti ev oyunlarında eyni hal yaşanmasın. Bu yöndə də işlərə başlamışıq. Cavabdeh qurumlar iş başındadı. Tezliklə hadisələrin detallarıyla bağlı cavabları açıqlayacağıq”.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 08 Oktyabr 2025 00:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















