Qarabağ Çelsi matçında şok biabırçılıq! on minlərlə azarkeş xaosla üzləşdi
Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Qarabağ" bir neçə dəqiqə sonra Çempionlar Liqasının liqa mərhələsinin 4-cü turu çərçivəsində "Çelsi"ni qəbul edəcək. Bu səbəbdən hazırda on minlərlə azarkeş matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionuna axın edir.
İş ondadı ki, həmin futbolsevərlər yenidən "Kopenhagen"lə görüşdə olduğu kimi ciddi problemlə üzləşib. "Football-plus.az"ın hadisə yerində olan reportyorunun verdiyi məlumata görə, təxminən 10 min tərəfdar stadiona daxil olmaqda çətinliklə yaşayır. Vəziyyətin daha da acınacaqlı tərəfi əskər futbolsevərlərin bileti olduğu halda bu cür biabırçılıqla üz-üzə qalmasıdı. Böyük ehtimalla, buna səbəb Danimarka təmsilçisinə qarşı matçda olduğu kimi turniketlərdə yaranan nasazlıqlardı.
Görünür, "QR kod" sisteminə keçid edən "Qarabağ" hələ də bu problemin öhdəsindən gəlməyin yollarını tapa bilməyib.
KƏNAN BAHADIR
Baxış sayı:101
Bu xəbər 05 Noyabr 2025 21:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















