Icma.az
close
up
RU
“Qarabağ” “Çelsi” oyunu: “Azərbaycan futbolunun gücünün nümayişidir”

“Qarabağ” “Çelsi” oyunu: “Azərbaycan futbolunun gücünün nümayişidir”

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, noyabrın 5-də Bakıda keçirilən UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda Azərbaycanın “Qarabağ” klubu İngiltərənin “Çelsi” komandası ilə 2:2 hesablı heç-heçə edib. 

“Qarabağ”ın bu nəticəsini qələbə kimi dəyərləndirən millət vəkili Aydın Mirzəzadə “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, həmin gün stadionda Azərbaycan milli ruhu öz gücünü göstərdi:

“Bilet almağa sadəcə vaxtım çatmadı, oyunu internetdən izlədim və böyük bir qürur hissi keçirdim. Açığını deyim, bir qədər narahatlığım vardı. Çünki “Çelsi” dünya çempionu adı olan, kifayət qədər güclü futbolçuları olan bir komandadır.

Elə onun Bakıya gəlməsinin özü belə Azərbaycan idmanının və futbolunun qələbəsi deməkdir. Belə bir komandaya qarşı heç-heçə etmək, hətta bir neçə dəfə qələbə şansını qaçırmağımız artıq dünya futbolunda yeni bir milli klubun ulduzunun parladığını göstərir”.Aydın Mirzəzadə qeyd edib ki, bu, Azərbaycan futbolunun gücünün nümayişidir:

“Dünya futbol analitikləri bu gün “Qarabağ”a böyük diqqət yetirirlər. Bu, dövlətin idmana göstərdiyi qayğının nəticəsidir. Eyni zamanda bu, Azərbaycan milli ruhunun gücüdür.

Milli ruhu biz cəbhədə göstərdik, torpaqlarımızı işğaldan azad etdik. Bu gün milli ruh işğaldan azad olunan ərazilərin bərpasındadır, milli ruh Qarabağ Universitetindədir, müxtəlif sahələrimizin inkişafındadır.

Milli ruhumuz, eyni zamanda futbolda da özünü göstərir. Hər birimiz Azərbaycanı daha qüdrətli etmək üçün öz vətəndaş vəzifəmizi yerinə yetirsək, dövlətimiz də, xalqımız da daha güclü olacaq”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:33
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Noyabr 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see296

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see222

Şəbnəmin fanatına etdiyi hərəkət qınandı VİDEO

05 Noyabr 2025 22:09see221

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see215

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see199

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see147

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see147

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see141

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see140

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see136

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see134

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see134

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see133

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see133

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see130

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see130

Saatda 140 la gedən maşında intim əlaqədə oldular

06 Noyabr 2025 02:32see128

“Belə bir fikir olsa, dəstəkləyərəm” Video

06 Noyabr 2025 01:58see128

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see127

“Qarabağ”da məcburi əvəzlənmə: Kadi Borges zədələndi

05 Noyabr 2025 22:23see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri