Icma.az
close
up
RU
Qarabağ Çelsi oyunu futbol ziyafəti idi Daily Mail

Qarabağ Çelsi oyunu futbol ziyafəti idi Daily Mail

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Dünən Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda Avropa qitəsinin futbol ictimaiyyətinin diqqətini cəlb edən oyun keçirildi. Ağdamın “Qarabağ” klubu Bakıda “dünyanın ən yaxşı klubu”nu – klublararası dünya çempionatının qalibi olan “Çelsi”ni (London) qəbul etdi.

Bu görüşü 90 dəqiqə ərzində azarkeşləri gərginlik içində saxlayan futbol ziyafəti adlandırmaq olar. “Qarabağ” bir daha Avropaya qitə nəhənglərini heyrətləndirməyə hazır olduğunu nümayiş etdirdi. Oyunun yekun nəticəsi (2:2) “Qarabağ” azarkeşlərini və Ağdam klubuna rəğbət bəsləyənlərin hamısını, o cümlədən “Çelsi”ni sevməyənləri də sevindirdi, Britaniyanın aparıcı nəşrlərini və “aristokratlar”ın tərəfdarlarını isə şoka saldı.

Globalinfo.az bildirir ki, “Report” “Dumanlı Albion”un aparıcı KİV-lərinin oyunun nəticələrini necə qiymətləndirdiyinə dair xülasə hazırlayıb.

Britaniyanın ən nüfuzlu nəşrlərindən biri olan “The Times”da “Chelsea humiliated as Qarabag snatch first point from English side” (“Çelsi” rüsvay oldu, Qarabağ ingilis komandasından ilk xalını aldı”) başlığı ilə dərc olunan məqalədə “aristokratlar”ın oyunundan və yekun nəticədən məyusluq hiss edilir, belə ki, “Qarabağ” Avropa klub turnirləri çərçivəsində ilk dəfə Britaniya klubu ilə heç-heçə edib.

“Mirror” nəşri qeyd edir ki, Bakıdakı oyun London nəhəngi üçün çox çətin keçdi:

“Mavilərin” hesabda dərhal önə keçməsinə baxmayaraq, “Qarabağ”ın oyunu, bəzən isə hücumda üstünlük nümayiş etdirməsi onları heyrətləndirib. Estevaо Villian (“Çelsi”nin heyətində ilk qolun müəllifi – red.) 16-cı dəqiqədə mövsümdə dördüncü qolunu vuraraq klubu irəli çıxardı. Lakin “Qarabağ” birinci hissədə hesabı bərabərləşdirdi (qolun müəllifi Leandro Andrade olub). Sonra 39-cu dəqiqədə Marko Yankoviç penaltidən qol vuraraq ev sahiblərini irəli çıxardı”.

Məqalədə qeyd edilir ki, fasilədə londonluların baş məşqçisi üçqat dəyişiklik etmək məcburiyyətində qalıb və bu addımın nəticəsi özünü çox gözlətməyib – Alexandro Qarnaço hesabı bərabərləşdirib.

“Çempionlar Liqasında altı xal toplamış (üç oyundan sonra – red.) “Çelsi” Bakıda qələbəyə can atsa da, bir xalla kifayətlənməyə məcbur olub, çünki “Qarabağ” o axşam “maviləri” təəccübləndirib”.

Digər nüfuzlu nəşr – “The Guardian” yazıb ki, argentinalı Alexandro Qarnaço “Çelsi”ni Çempionlar Liqasında “Qarabağ”la oyunda gözlənilməz məğlubiyyətdən xilas edib:

“Şübhəsiz ki, “Qarabağ” bu həyəcanverici heç-heçədən çox razıdır. “Çelsi” isə əksinə, Azərbaycana səfərinin ciddi məyusluqla nəticələnmədiyinə sevinə bilər”.

Eyni zamanda, məqalənin müəllifi londonluların baş məşqçisi Entso Mareskinin “Çelsi”nin oyununu əvəzləmələr yolu ilə canlandırmaq cəhdinin o qədər də səmərəli olmadığını qeyd edir.

“Daily Mail” öz növbəsində, məqalənin başlığında qeyd edir ki, “Qarabağ” və “Çelsi” arasındakı heç-heçə italiyalı mütəxəssis (Entso Mareski – red.) və İngiltərə komandası üçün dərs olmalıdır. Məqalənin müəllifi görüşün nəticəsindən məyusluğunu gizlətmir. Bununla belə, o, “Çelsi”nin uğursuzluğuna görə bütün günahı oyunu idarə edən hakimin üstünə atmağa çalışıb:

“Bu matçı idarə edən avstriyalı hakim Sebastyan Gishamer belə yüksək səviyyədə iş təcrübəsinə malik deyildi. Hətta onun öz futbol federasiyası belə onun Çempionlar Liqasının oyununa təyin olunmasına təəccüblənmiş görünürdü”.

Müəllif dərhal düzəliş etməyə çalışır və hesab edir ki, “Çelsi” Bakıda müsbət nəticənin olmamasını yalnız “hakimin səhvləri” və ya zədə və yorğunluq səbəbindən oyunçu itkiləri (keçən şənbə günü “Tottenhem”ə qarşı Premyer Liqanın son oyunundan sonra “Çelsi”nin baş məşqçisi heyətdə 7 dəyişiklik edib – red.) ilə əsaslandıra bilməz. “Mareskinin komandasının nə qədər vaxtı qalmış olsa da, o, bunu Bakıda qələbə qazanmaq üçün istifadə etməli idi”, – nəşr yazır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 06 Noyabr 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see367

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see349

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see317

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see308

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see299

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see291

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see280

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see270

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see262

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see250

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see248

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see237

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see236

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see236

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see233

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see233

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see222

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see210

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri