Icma.az
close
up
RU
Qarabağ” cəmi 9 ay ərzində niyə bu qədər geriləyib? detallar açıqlandı

Qarabağ” cəmi 9 ay ərzində niyə bu qədər geriləyib? detallar açıqlandı

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Qarabağ”ın İsveçdəki o qədər də gözlənilməyən məğlubiyyəti futbol ictimaiyyətini çox dərin məyusluğa qərq etdi.

Avropa Liqasının əsas mərhələsinin püşkü atılarkən 3 al mənbəyi kimi baxdığımız “Elfsborq” da ağdamlıları evə əliboş yola saldı. Halbuki mümkün qələbə komandanın turnir perspektivlərinə daha nikbin baxmağa sövq edəcəkdi, FKSB və “Olimpiakos” ilə oyunlar üçün xəyallar quracaqdıq. Təəssüf ki, heç nə alınmadı. 6 turdan sonra cəmi 3 xalı olan, -10 top fərqi ilə 33-cü pillədə qərarlaşan ağdamlılar yalnız möcüzə sayəsində pley-offa adlaya bilər. Artıq heç kimə sirr deyil ki, builki “Qarabağ” ötən mövsümdəki obrazının miskin kölgəsini xatırladır. Qurban Qurbanov hər nə qədər futbolçularına təşəkkür etsə də, indi onlar əvvəlki formasından çox uzaqdı. Futbolçularda nə ruh var, nə enerji, nə də əzmkarlıq. Çox uzaq tarixdə yox, elə bu ilin fevralında-martında, elə bu oyunçular xarüqələr yaradırdı. Ötən müddətdə əslində heyətdə hansısa köklü dəyişikliklər də olmayıb.
Bəs onda “Qarabağ” cəmi 9 ay (“Bayer-04” ilə oyunlar martın 7-si və 14-də keçirilib – red.) ərzində niyə bu qədər geriləyib? Geriləmənin səbəbkarı kimdi? Cari mövsüm üçün Avropa Liqası ümidlərimiz bitdimi?
“Futbol+”in bu suallarını təcrübəli mütəxəssis Aslan Kərimov cavabladı.

“Düşünürəm ki, “Qarabağ”ın şansı hələ qalır. Bitdiyini demək düzgün deyil. İstənilən halda iki oyun da var. Fikrimcə, komanda hər iki oyunda 3 xal qazansa, 9 xalla belə pley-off şansını qoruyar. Əslində günahkar axtarmaq mənasızdı. Belə çıxışın səbəblərini axtarmalıyıq. Günahı bir nəfərin üzərinə atmaq düzgün olmaz. Ümumilikdə ən böyük çatışmazlıq daxili çempionatla Avropa Liqası oyunları arasındakı fərqdi. Çünki yerli çempionatda da “Qarabağ”ın üzərində işləməli olduğu bəzi məqamlar var. Amma bunlar görünmür. Bu yalnız Avropa Liqasındakı çıxış zamanı ortaya çıxır. Belə olanda isə gecikmiş olursan. Tutaq ki, “Səbail” və ya “Sumqayıt”la oyunlarda Ağdam klubu “Elfsborq”la oynadığı kimi tam dominant oynayır. Amma bəzən rəqib oyunçuların keyfiyyəti çatmır ki, “köhlən atlar”ın buraxdığı səhvlərdən istifadə eləsin. Belə olan halda da boşluqların harda olduğunu, nəyin üzərində daha çox dayanmağın lazım olduunu görmək çətindi. Ona görə də istər-istəməz turnirlər arasında belə səviyyə fərqi olanda “Qarabağ”ın oyunçuları da belə rəqiblərə qarşı oynamaqda çətinliklə üzləşirlər. Burda günahkar axtarmaq düzgün olmaz. Bəlkə də sizə, kimlərəsə görə “Braqa” və “Bayer-04” ilə oyunlar möhtəşəm sayılırdı. Təbii, möhtəşəm saymaq olar. Amma oyunun içindəki detallara baxsaq, bugünkü “Qarabağ”la o “Qarabağ” arasında çox cüzi fərqlər var. “Braqa” ilə oyunda da onları nəyi var qapısının ağzına sıxmamışdıq. Yəni fərqli üslubda oynadıq. Çünki güclü rəqiblərə qarşı gərək elə oynayasan. Yəni “Braqa” ilə hər iki oyunda yalnız qollarımızın sayı çox idi. Amma oyun üslubumuza baxsaq, “Braqa” bizi daha çox cərimə meydançamızın ətrafına gətirib çıxarmışdı, dominantlıq etmək istəyirdi. Sadəcə, həmin oyunlarda balansımız yaxşı idi. Yaxşı, yığcam müdafiə olunurduq.  Hücum  zamanı da pressinq edərək onların qarşısını ala bilirdik. Əks-hücumlarda, sürətli keçidlərdə də biz qollar vururduq. İnanmırsızsa, həm “Braqa”, həm də “Bayer-04” ilə oyunlara baxaq. Görəcəksiz ki, 90 dəqiqənin 60-70 faizini öz cərimə meydançamızın həndəvərində keçirmişik. Bu baxımdan həmin oyunlarla indiki arasında fərq həmin müdafiədəki yığcamlığı qoruya bilməmək, o cümlədən əks-hücumlarda effektli olmamağımızdı. “Tottenhem”, “Ayaks”, “Lion” kimi komandalarla oyunlarda həmin üslubu qoruya bilmədik. Müdafiədə yığcamlığı saxlaya bilsək də, əks-hücumlarda qol vura bilmirdik. Sonda da böyükhesablı məğlubiyyətlə üzləşirdik. Necə ki “Bayer-04” də bizə qol vurmuşdu, “Braqa” da qol vurmuşdu. Yəni qol buraxırdıq, sadəcə, onlardan daha çox qol vururduq. İndi isə bunun öhdəsindən gələ bilmirik. Fərq yalnız bundadı. Özümüzdən zəif rəqiblərə qarşı öndə oynamalı oluruq, amma əks-hücumlarda yaxalandığımız, rəqib bizə təzyiq etdiyi halda, müdafiədən çıxa bilmirik. Nəticə etibari ilə taktiki baxımdan üzərində işləməli olduğumuz gedişlər var. Amma daxili çempionatda bununla qarşılaşmırsan deyə, qəfil rastlaşanda istər-istəməz gec olur. Yazdakı oyunlarla müqayisədə fərqlər bunlardı. 8-9 ay ərzində dəyişə biləcək şeylərdən biri hücum xəttindəki oyunçularımızın müdafiə olunmaq baxımından o qədər də güclü olmamasıdı. Yəni dinamikamızın kifayət qədər aşağı düşməsi, o cümlədən də hücuma meylin zəifləməsi. Qol imkanlarının reallaşdırılması baxımından da zəifliyimiz var. Amma böyük mənada dəyişiklik yoxdu”.


RÖYANƏ OĞUZ
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 16 Dekabr 2024 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri