“Qarabağ” çempion olmaq istəyir” Savo
Icma.az, Qol.az portalına istinadən məlumat yayır.
“Qarabağ”ın hücumçusu Zakaria Savo Misli Premyer Liqasının 8-ci turunda “Neftçi” ilə 3:3 hesablı heç-heçə etdikləri oyun barədə danışıb.
QOL.az xəbər verir ki, qambiyalı futbolçu matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.
– Oyunla bağlı fikirləriniz necədir?
– Yaxşı oyun keçirdik. Bəli, üç qol buraxdıq. Bir oyunda üç qol buraxmaq istəməzdik, amma eyni zamanda üç qol da vurduq. Bu, müsbət məqamdır. Oyunun sonunda hesabı 3:3 etməyi bacardıq və düşünürəm ki, bu, yaxşı nəticədir.
– Oyunun sonunda hesabı bərabərləşdirəcəyinizə inanırdınız?
– Bəli, əlbəttə, yüz faiz inanırdıq. Son künc zərbəsi zamanı hətta qapıçımız da hücuma qoşuldu.
– “Sabah”la matçdan gözləntiləriniz nələrdir?
– Biz ora qələbə qazanmaq üçün gedirik. Yeganə məqsədimiz qalib gəlməkdir. Çempion olmaq istəyirik və bunun üçün liqanın ən güclü komandalarına da qalib gəlməliyik. Buna görə də “Sabah”la matçda üç xal qazanmaq istəyirik.
– Oyun boyu sizi dəstəkləyən azarkeşlərə nə demək istərdiniz?
– Onlara təşəkkür edirəm. Bu gün stadiona çox azarkeş gəlmişdi. Onları stadionda görmək həmişə xoşdur. Hər zaman fanatların gəlib bizi dəstəkləmələrini və bizə enerji vermələrini istəyirik.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 18 Oktyabr 2026 12:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















