“Qarabağ” Çempionlar Liqasına təsnifat mərhələsindən start verəcək
Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Qarabağ” Çempionlar Liqasının 2025/2026 mövsümünə 2-ci təsnifat mərhələsindən başlayacaq.
İdman.biz xəbər verir ki, Ağdam klubu PSJ-nin finala yüksəlməsindən sonra bu hüququ əldə edib.
Finalda qarşılaşacaq “İnter”lə PSJ Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqəni öz ölkəsinin çempionatından qazanıb. Bu da o deməkdir ki, turnirin qalibi olacaq komanda artıq növbəti mövsüm üçün yerini təmin edib.
Belə olduğu üçün Çempionlar yolunun təsnifat mərhələlərində oynamalı klublardan ən yüksək reytinqlisi birbaşa Liqa mərhələsinə yüksəlib. Bu da Yunanıstan çempionu “Olimpiakos”dur.
2-ci təsnifat mərhələsində bir komandanın azalması isə ilk raundda oynamalı olan klublara təsir edib. Buradan iki ən reytinqli komanda növbəti mərhələyə keçirilib. Yalnız “Slovan”la (33,500) müqayisədə reytinqi aşağı olan “Qarabağ” (32,000) ikinci nəticə ilə ilk raunddan azad edilib.
Bu, ilk belə hadisə deyil. Cari mövsümdən tətbiq olunan yenilikdən bir dəfə də faydalanan “Qarabağ” yarışa II təsnifat mərhələsindən başlamışdı.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 08 May 2025 01:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















