Qarabağ çempionluğu niyə verdi? Mahir Şükürov səbəbləri açıqladı
Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Çətin oyun olacaq”.
Bu sözləri Apasport.az saytına Azərbaycan millisinin sabiq üzvü Mahir Şükürov açıqlamasında deyib.
O, bu gün keçiriləcək futbol üzrə Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab matçı çərçivəsində “Sabah” – “Qarabağ” görüşünü dəyərləndirib:
“Şanslar bərabərdir. İlk oyundakı nəticə hər iki komandanın bu kuboku nə dərəcədə istədiyini açıq-aşkar göstərdi. Fikrimcə, üstün tərəf “Qarabağ” olacaq. Ağdam təmsilçisi “Sabah”a qarşı son matçlarda azarkeşlərini sevindirə bilməyib. Bu səbəbdən Qurban Qurbanovun kollektivi bu oyunda yalnız qələbə haqqında düşünəcək. “Bayquşlar” isə qarşıdakı mövsüm avrokubok şansı qazandığı üçün bu görüşə bir qədər təmkinlə yanaşa bilər”.
Şükürov həmçinin “Sabah”ın Premyer Liqada çempionluğu böyük ölçüdə həll etdiyini bildirib:
“Sabah” Premyer Liqada demək olar ki, çempionluğu təmin edib. Onları indidən təbrik edirəm. Komanda bu mövsüm çox yaxşı oyun sərgilədi. “Qarabağ”ın bu il çempionluğu əldən verməsinə gəldikdə isə, bu gözlənilən idi. “Köhlən atlar” mövsümün əvvəlində üç cəbhədə – UEFA Çempionlar Liqası, Premyer Liqa və kubokda mübarizə aparırdı. Təbii ki, əsas və ehtiyat heyət arasında səviyyə fərqinin olması, ağır oyun rejimi və digər amillər klubun “Sabah”a çempionluq yarışında uduzmasına səbəb oldu. Lakin sevindirici hal odur ki, illər sonra “Qarabağ”a rəqib gəldi. Bu da daxili çempionatda intriqanın yenidən artmasına şərait yaradacaq”.
Qeyd edək ki, “Sabah” – “Qarabağ” oyunu saat 20:00-da başlayacaq.
AFFA-nın Kütləvi Futbol Departamentinin əməkdaşları UEFA seminarına qatılıb Finalın adı bəlli olur: "Qarabağ" "Sabah"a qarşı - YENİLƏNİR Hakandan dubl, "İnter" finalda: Möcüzəvi geridönüş XXIII turun təyinatları bəlli olub Rəşad Sadıqov: “Turan”ın mənə etdiyi yaxşılıqları unuda bilmirəm“
Baxış sayı:113
Bu xəbər 22 Aprel 2026 16:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















