Icma.az
close
up
RU
“Qarabağ” çox sərmayə qoyur, amma az gəlir əldə edir” Canni De Byazi İdmanXəbər

“Qarabağ” çox sərmayə qoyur, amma az gəlir əldə edir” Canni De Byazi İdmanXəbər

Idmanxeber.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Bu il onlar daha keyfiyyətli əcnəbi oyunçular tapmağı bacarıblar. Onlar həmişəkindən daha vahid bir komandaya çevriliblər. Amma ümumilikdə, bu ilki nəticələr məni təəccübləndirmir, çünki onlar tamamilə Çempionlar Liqasına diqqət yetirirlər, çünki liqada rəqibləri yoxdur. “Qarabağ”ın əsasən iki komandası var: biri liqa, digəri isə Çempionlar Liqası üçün. Onlar demək olar ki, hər il çempionluğu qazanırlar. “Qarabağ” çox sərmayə qoyur, amma çox az gəlir əldə edir, çünki heç kim çempionatı izləmir”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri Azərbaycan millisinin sabiq baş məşqçisi Canni De Byazi “Napoli” – “Qarabağ” matçı barədə danışarkən deyib. O, daha sonra Ağdam təmsilçisinin təhlükəli oyunçuları barədə danışıb:

“Nəriman Axundzadə 2004-cü il təvəllüdlü hücumçudur. O, güclü və istedadlıdır. Mən onu Azərbaycan milli komandasını məşqçi kimi çalışdırdığım zaman izləmişəm və əminəm ki, onun  böyük potensialı var. Meydanda gücü və əla zərbəsi sayəsində həlledici anlar yarada bilir. Diqqət yetirilməli olan digər bir azərbaycanlı Çempionlar Liqasında çox da oynamayan Toral Bayramovdur. Amma o, cərimə meydançasının xaricindən zərbələri ilə təhlükəli olan sol ayaqlı oyunçudur.

“Komandanın ulduz oyunçusu çox yaxşı oynayan Leandro Andradedir. O, boşluq tapır və yaxşı zərbələr endirir. Həmçinin, monteneqrolu Yankoviçə də diqqət yetirməyi məsləhət görərdim. Marko bütün komandanı hərəkətdə saxlayan dərin yarımmüdafiəçidir. İzlənməli olan digər bir oyunçu isə çoxlu hücum qaçışları edən və kombinasiya oyunları ilə həmişə təhlükə yarada bilən sol cinah oyunçusu Elvin Cəfərquliyevdir”.

Təcrübəli mütəxəssis “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov haqda da söz açıb:

“O, praktik olaraq “Qarabağ”da məşqçi kimi doğulub-böyümüş keçmiş futbolçudur. Qurban Qurbanov klubda böyük gücə malik çox sakit bir insandır, praktik olaraq bosdur. Qurbanov 2008-ci ildən bəri sükan arxasındadır və öz futbol fəlsəfəsini izləyir, 4-2-3-1 sxemindən istifadə edir. Bu sxemdə müdafiəçilər hücumda əsas rol oynayır, hücumçular isə hücuma keçərək zərbələr endirirlər”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 24 Noyabr 2025 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri