“Qarabağ” daha bir legioner gətirdi SON DƏQİQƏ
Icma.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.
"Qarabağ"ın baxışa çağırdığı oyunçuların sayı 3-ə çatıb.
Sportal.az "sportinfo.az"a istinadən xəbər verir ki, "köhlən atlar"ın yoxlanışa dəvət etdiyi növbəti futbolçu Akinrefon Mikail Adetorodur.
Nigeriyadan olan legioner hazırda əvəzedici heyətin sıralarındadır. O, bir neçə ay öncə sözügedən ölkəyə yollanmış Aftandil Hacıyev tərəfindən bəyənilib.
Klubun futbol akademiyasının koordinatorunun Nigeriyanın Laqos şəhərində izlədiyi turnirdə diqqətini çəkmiş bu gəncin cəmi 18 yaşı var. O, yarımmüdafiə xəttində çıxış edir.
Onun həmyerlisi, sol cinah vingeri Onyema Françis Çukvumaobim isə bir neçə gün öncə Azərbaycana təşrif buyurub.
Yerli “Komfort Edga”ya məxsus hər iki nigeriyalı bir müddət burada qalacaq. Məşqçilərin rəğbətini qazansalar, cütlüklə uzunmüddətli müqavilə imzalanacaq.
Ağdam klubu həmçinin Altay Ordubadini baxışdan keçirir. Əslən Naxçıvandan olan 21 yaşlı mərkəz yarımmüdafiəçisi ABŞ vətəndaşıdır.
Ailəlikcə həmin ölkədə yaşayan Altay futbolda ilk addımlarını San-Fransiskoda atıb.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 29 Mart 2026 09:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















