Qarabağ daha bir legionerlə yollarını ayıra bilər
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Aleksey Kaşuk "Qarabağ"dan ayrılmağa razıdır.
Oxu.Az Ukrayna mətbuatına istinadən xəbər verir ki, yarımmüdafiəçi Aleksey Kaşukun Azərbaycan çempionunu tərk etmək ehtimalı yaranıb.
Məlumatda qeyd olunub ki, 25 yaşlı futbolçu yeni mövsümdə əsas heyətə düşə bilməyəcəyindən ehtiyatlanır. Bu səbəbdən Ukraynanın gənclər millisinin sabiq üzvü başqa komandaya ya icarəyə, ya da birdəfəlik keçməyə razıdır.
Qeyd edək ki, "Qarabağ"a ötən mövsümün əvvəlində "Şaxtyor Donetsk"dən keçən Aleksey Kaşukun ağdamlılarla müqavilə müddəti 2027-ci ilin yayına qədərdir.
Xatırladaq ki, "Qarabağ" daha öncə Marko Veşoviç və Patrik Andrade ilə yollarını ayırıb.
Bu mövzuda digər xəbərlər:Qarabağ qolkiperlə yollarını ayıra bilər
07 Fevral 2025 12:22
“Qarabağ” bu legionerlə də yollarını ayırır
20 Mart 2025 17:12
“Qarabağ” daha bir legionerlə vidalaşdı
10 İyul 2025 10:06
“Qarabağ” daha bir legioneri ilə yollarını ayıra bilər İngiltərədən təklif var
20 İyun 2025 17:44
“Sumqayıt” daha bir legionerlə yollarını AYIRDI
08 Yanvar 2025 21:41
Baxış sayı:152
Bu xəbər 02 İyul 2025 10:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















