“Qarabağ” “Dinamo Kiyev” oyununun biletləri artıq satışdadır 5 manatdan başlayır
Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsində çıxışını davam etdirən “Qarabağ” avqustun 13-də Ukraynanın “Dinamo Kiyev” komandası ilə cavab oyununa çıxacaq.
Yeniavaz.com xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq qarşılaşmanın biletləri artıq satışdadır.
Standart sektorlar üzrə biletlər 5, 10, 15 və 20 manat, VIP sektorlar üçün 50, 75 və 100 manat, VVIP sektor üçün isə 150 manat qiymətinə təklif olunur.
Azarkeşlər biletləri “iTicket.az”ın rəsmi internet səhifəsi və mobil tətbiqi vasitəsilə onlayn əldə edə bilərlər. Onlayn alış zamanı hər hansı problem yaranacağı təqdirdə isə “iTicket.az”ın satış nöqtələrinə, “Park Bulvar” ticarət mərkəzində yerləşən “Qarabağ” FK Fan-şopuna və Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarına müraciət etmək mümkündür.
Stadiona giriş yalnız üzərində etibarlı QR-kod olan biletlərlə həyata keçiriləcək.
Bu mövzuda digər xəbərlər:“Dinamo” “Qarabağ” oyununun biletləri satışa çıxarıldı
02 Avqust 2026 15:38
Qarabağ Kiyev Dinamo suna uduzdu YENİLƏNİB
06 Avqust 2026 23:01
“Qarabağ” Kiyev “Dinamo”suna rəqib ola bilər
21 İyul 2025 12:47
“Qarabağ” Kiyev “Dinamo”su ilə qarşılaşa bilər
20 İyul 2026 16:32
KL: Qarabağ Dinamo Kiyev lə üz üzə YENİLƏNİR
06 Avqust 2026 21:02
Baxış sayı:234
Bu xəbər 06 Avqust 2026 12:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















