Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının iclası keçirilib FOTOLAR
Icma.az, Demokrat.az saytına istinadən bildirir.
24 dekabr 2025-ci il tarixində Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
İclasda Müşahidə Şurasının sədri, Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov, Şuranın üzvləri - Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev, Milli Məclisin deputatları Tural Gəncəliyev və Fatma Yıldırım, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Azərbaycanın Xalq artisti Alim Qasımov iştirak ediblər.
İlk olaraq Fondun 2025-ci il üzrə 11 aylıq fəaliyyətinə dair hesabat təqdim edilib. İdarə Heyətinin sədri Rəhman Hacıyev hesabatla bağlı məruzə ilə çıxış edərək ötən dövr ərzində Fond tərəfindən həyata keçirilən layihələr, əldə olunan nəticələr, maliyyə göstəriciləri, həmçinin qarşıda duran prioritetlər barədə ətraflı məlumat verib.
Daha sonra Şuranın sədri Mikayıl Cabbarov gündəlikdə olan digər məsələləri - QDF-in Müşahidə Şurasının tabeliyində Audit Komitəsinin yaradılması, Fondun vəsaitlərinin idarə edilməsi ilə bağlı yeni İnvestisiya qaydalarının hazırlanması, Fondun 2025-ci il üzrə kənar maliyyə auditorunun təyin edilməsi və digər müvafiq məsələləri müzakirəyə çıxarıb. Eyni zamanda iclasda “Qarabağ Dirçəliş Fondunun 2026-cı il üzrə büdcəsi”nin təsdiq edilməsi məsələsinə də baxılıb.
Qeyd olunan məsələlərlə bağlı Şura üzvləri tərəfindən müvafiq qərarlar qəbul olunub.
Eyni zamanda, Müşahidə Şurasının üzvlərinə Fonda təqdim edilən və hazırda təhlil edilən yaşıl enerji, aqropark və istehsalat zonasının yaradılması layihələri ilə bağlı da ətraflı məlumat təqdim edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının tərkibi dəyişdi SƏRƏNCAM
12 Avqust 2025 12:59
Biznesin İnkişafı Fondunun Müşahidə Şurasının tərkibi təsdiqlənib
15 Dekabr 2025 13:47
Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı ilə tədbir keçirilir
25 Dekabr 2024 12:04
DOST Agentliyinin Müşahidə Şurasının iclası keçirilib
29 Dekabr 2024 17:06
Baxış sayı:57
Bu xəbər 24 Dekabr 2025 18:58 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları