“Qarabağ” dünya reytinqində geriləyib İdman və Biz
Klubların dünya reytinqi açıqlanıb.
İdman.biz xəbər verir ki, İFFHS-in siyahısında planetin 507 ən yaxşı komandası yer alıb.
Azərbaycan cədvəldə üç klubla təmsil olunub. Ən yaxşı təmsilçimiz “Qarabağ” 167,25 xalla dünyada 72-cidır. Qurban Qurbanovun komandası ötən ayla müqayisədə 12 pillə geriləyib.
18 rəqibini özündən irəli buraxan “Zirə” 94,25 xalla 219-cu yerdədir. 59,50 xala malik “Sabah” da geriləyib. 12 pillə aşağı düşən Bakı təmsilçisi 423-cüdür.
Qeyd edək ki, cədvələ 414 xala malik “Real” başçılıq edir.
İdman.biz
Baxış sayı:99
Mənbə:https://www.idman.biz