Icma.az
close
up
RU
“Qarabağ ərazisində “İskəndər M”, “Toçka U” kimi silahlar olmayıb” Bako Saakyan ifadə verdi

“Qarabağ ərazisində “İskəndər M”, “Toçka U” kimi silahlar olmayıb” Bako Saakyan ifadə verdi

Icma.az bildirir, Gununsesi portalına istinadən.

Martın 14-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Saakyan işğal olunmuş ərazilərdə “İskəndər M”, “Toçka U” və digər dağıdıcı silahlar barədə də sualları cavablandırıb.

Gununsesi.info xəbər verir ki, o, sadalanan silahların işğal edilmiş ərazilərdə olmadığını bildirərək deyib: “Bu silahlar Qarabağ ərazisində mövcud olmayıb. “Prezident” olduğum müddətdə (2007-2020-ci illərdə) bu silahların Qarabağa gətirilmədiyini dəqiq deyə bilərəm”.

O, həmçinin qeyd edib: “Müdafiə qurumları”nın “rəhbəri” qondarma rejimin “prezident”inə məruzə etməyə borclu olmasa da, bu silahların əhəmiyyətini nəzərə alaraq, onlar bizə verilsəydi, “ordu komandiri” bu barədə mənə məlumat verməli idi”.

B.Saakyan qeyd olunan silahlardan istifadə edilməklə Azərbaycanın mülki obyektlərinin atəşə tutulması, bunun kimin göstərişi ilə həyata keçirilməsi barədə isə bunları bildirib: “Deyə bilərəm ki, həmin artilleriya atəşləri Qarabağ ərazisindən olmayıb”.

O bildirib ki, qondarma rejimin “ordusu” Ermənistan Silahlı Qüvvələrinə tabe olub.

Saakyan qondarma rejimin “ordusu”nun Ermənistan Silahlı Qüvvələrin ən böyük silahlı birləşməsi olduğunu deyib.

B.Saakyan qeyd edib ki, qondarma rejimin “müdafiə naziri”, “Silahlı Qüvvələrin baş qərargah rəisi” və bu kimi digər yüksək vəzifələrə təyinat Ermənistan Müdafiə Nazirliyinin təqdimatı əsasında həmin ölkənin prezidenti tərəfindən həyata keçirilib. O, bu işlərə qarışmadığını deyib və bildirib: “Biz bunu gizlətmirdik”.

Təqsirləndiirlən şəxs etiraf edib ki, qondarma rejimin “hərbi qurum”ları ilə bağlı bütün bölgü və idarəetmə məsələləri Ermənistan Respublikası tərəfindən aparılıb.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 14 Mart 2025 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see260

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see255

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see229

Dursun Özbek: Artıq susmaq mümkün deyil

12 Dekabr 2025 17:13see206

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see173

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see170

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see158

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see147

Ermənistan hələ 3+3 formatına qoşulmağa və iştirak etməyə hazır deyil Millət vəkili

12 Dekabr 2025 14:33see141

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see140

Kürdəmirdə ağır qəza Yük maşını avtobusa çırpıldı FOTO

12 Dekabr 2025 23:16see133

Ukrayna cəbhədə PUA lardan istifadə üçün yeni inanılmaz taktikalara keçib Forbes dən detallar

12 Dekabr 2025 18:13see133

Sığınacaqda futbolu tək izləyən Əkbəri ziyarətə getdi

13 Dekabr 2025 10:45see130

Ukrayna müharibəsinin bitməsi üçün... Ərdoğan

12 Dekabr 2025 18:26see130

“Sumqayıt” uduzdu, NTD dən qələbə

13 Dekabr 2025 01:20see127

Səmaya bulud səpdilər VİDEO

13 Dekabr 2025 10:01see127

“Mançester Yunayted” gənc oyunçular almaq üçün Fernandeşi 70 milyon funt sterlinqə satır

13 Dekabr 2025 04:13see126

Hindistanda Messinin 20 metrlik heykəli nümayiş olundu

13 Dekabr 2025 01:13see124

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see123

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri