Icma.az
close
up
RU
“Qarabağ”, “Ferentsvaroş”u ud. Xahiş, yoxsa tələb edək? KÖŞƏ

“Qarabağ”, “Ferentsvaroş”u ud. Xahiş, yoxsa tələb edək? KÖŞƏ

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün başqa telekanalların tamaşaçıları ekran qarşısına səsləməsi məsləhət deyil. Sadəcə, ona görə ki, böyük əksəriyyət “CBC Sport”da “Ferentsvaroş” – “Qarabağ” oyununa baxacaq.

Qarabağ erməni-rus işğalından azad olunandan sonra Azərbaycan cəmiyyətində inkişaf üçün milli ideya axtarışı gedir. Bir qədər qəribə görünsə və təəccüb doğursa da, deyəcəm: bu gün ən cəlbedici milli ideyalardan biri də “Qarabağ”ın avrokubok, özəlliklə də Çempionlar Liqasında keçirdiyi oyunlardı. Belə günlərdə ölkədə futbolla maraqlanan da, maraqlanmayan da “Qarabağ” bayrağı altında birləşir, komandanın uğuru və ya uğursuzluğu müzakirələrin axarını müəyyənləşdirir. Əlbəttə, ölkəmiz müntəzəm bu turnirin əsas mərhələlərində təmsil olunsaydı, təkcə “Qarabağ” yox, başqa komandalar da qitənin ən güclüləri ilə gücünü sınasaydı (kalambur alındı...), ağdamlılar bu qədər populyar, diqqət mərkəzində olmazdı. Amma iş elə gətirib ki, bu gün avropalıların önünə çıxası bircə komandamız var. “Qarabağ”ın simasını əcnəbilər-legionerlər müəyyənləşdirsə də, bütövlükdə Azərbaycan brendidi. Ən azı toponimin doğmalığına, “sükan arxasında” azərbaycanlı məşqçinin dayanmasına görə.
Azərbaycan klubları üçün avrokuboklarda mübarizə çox tez başa çatır. Ya rəqibi düz təhlil etmirlər, ya qarşılarına nisbətən güclü komanda çıxır, ya da hansısa başqa subyektiv amil üzündən təslim olurlar. Reallıq budu ki, payız gəlməmiş əlləri ətəklərindən uzaq, başıaşağı-üzüsulu Misli premyer-liqasına dönürlər, bu ekosistemdə, orqanik-doğma mühitdə yaşayıb-yaratmağa, yəni qol vurmağa çalışırlar.
“Qarabağ” isə futbolda pilləli, zəncirvari inkişafın mümkünlüyünə dair ən parlaq nümunələrdən biridi. Əvvəllər qrupa düşmək futbolumuz üçün möcüzə sayılırdı. Qurban bəy bunu vərdiş halına gətirdi. Sonra düşüncə belə oldu ki, qrupa düşmək azdı, ordan çıxmaq da lazımdı. Qurban bəy buna da “yox” demədi, komandanı 2021/22-də Konfrans Liqasının, 2023/24-də Avropa Liqasının qrupundan çıxardı. İndi isə yeni sosial-ictimai sifariş var: “Qarabağ” ÇL-in əsas mərhələsinə qalmalıdı!
Gözəl sifarişdi və mən də onun altına həvəslə imza atmağa hazıram. Ancaq ədalət naminə özümüzə bu sualı da verməliyik: bu çempionatda mübarizə aparan, faktiki heç bir rəqabətlə üzləşmədən, sona bir neçə tur qalmış çempionluğu təmin edən komandanın özündən ikiqat varlı rəqibi sıradan çıxarması nə dərəcədə qanunauyğundu? Təbii ki, qanunauyğun deyil!
Mən azərbaycanlı azarkeşlərin “Qarabağ”ı “Ferentsvaroş”dan üstün görmək istəyini anlayır, onları dəstəkləyirəm. Amma bunu tələb halına salmaq bir qədər qəribə görünür. Öz aramızdı, “Qarabağ” “Ferentsvaroş”dan nədə üstündü? Büdcəsinə, marka dəyərinə, oyunçuların səviyyəsinə, yarışdığı çempionatın gücünə, yoxsa nəyə görə üstündü? Təbii ki, heç bir ağlabatan dəlil yoxdu. Hə, 2022-ci ilin avqustundan qalan xoş xatirələrimiz, qələbə sevincimiz var. Onda evdə 1:1 ilə kifayətlənən Azərbaycan çempionu səfərdə Çerçesovun “Ferentsvaroş”unu dizini yerə qoymaqla Avropanı heyrətləndirmişdi. Onda “Qarabağ” daha güclü idi, amma Macarıstan çempionunu devirmək şansı aşağı dəyərləndirilirdi. İndi komanda üç il əvvəlkindən zəifdi, ancaq ondan uğur gözləyənlərin sayı daha çoxdu. Qəribədi, deyilmi? Əlbəttə, bu sualı verənlər də tapılacaq: nəyə əsasən o “Qarabağ”ın indikindən güclü olduğunu düşünürsən? Onda Kadi ilə Zubirin parlaq dönəmi idi, üstəlik Qurbanovun əlinin altında Ramil Şeydayev, İbrahima Vaci və Ovusu Kvabena var idi. Təkcə elə adları indikilərlə müqayisə etmək kifayətdi.
Amma mən yenə də təslimçi əhval-ruhiyyədə olmağın tərəfdarı deyiləm. “Ferentsvaroş”u keçmək üçün 30-40 faiz şansımız varsa, bundan da yararlanmaq lazımdı. Budapeştdəki oyun üçün minimum vəzifə uduzmamaq və ya ən pis halda minimal fərqlə qayıtmaqdı. Evdə - 30 min azarkeşin önündə macarların işini bitirmək olar. Ona görə ki, evdə divarlar da kömək edir.
Hə, yazının sonuna gəlib çatmışıqsa, mən də “Qarabağ”a “Ferentsvaroş”u ud” deyənlərin sırasına qoşula bilərəm. Amma bu tələb yox, xahişdi. “Qarabağ” Azərbaycan futbol ictimaiyyəti üçün 8 illik fasilədən sonra ÇL-in əsas mərhələsində yer almaq çox önəmlidi. Uda bilirsənsə, ud da! Bacarırsansa, ud da! İstəyirsən, xahiş kimi qəbul et, istəyirsən, tələb kimi: amma ud da, ud!
HUŞƏNG

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 19 Avqust 2025 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see343

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see246

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see217

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see209

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see203

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see187

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see185

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see160

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see158

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see157

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see146

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see141

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see139

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see139

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see139

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see137

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see134

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see132

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri