Icma.az
close
up
RU
“Qarabağ” “Ferentsvaroş”un önünə titrəyən ayaqlarla çıxmayacaq” macarlar qorxur...

“Qarabağ” “Ferentsvaroş”un önünə titrəyən ayaqlarla çıxmayacaq” macarlar qorxur...

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

“Nemzeti Sport” nəşri Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Ferentsvaroş” matçı haqda yazı hazırlayıb.

“Football-plus.az”ın məlumatına görə, macar həmkarlarımız Budapeşt təmsilçisinin əsas mərhələyə vəsiqə qazanmaq şanslarını belə dəyərləndirib:

“Ferentsvaroş” 30 il əvvəl Çempionlar Liqasının qrup mərhələsinə (indiki əsas mərhələ - red.) vəsiqə qazandı və bunu bacaran ilk Macarıstan klubu oldu. Kollektiv məhz bu məqamdan motivasiya ala bilər. Hər halda, Robbi Kinin komandası mərhələdə adlaya bilmək üçün gözlənilməz həmlələr etməlidi. Hədəfə daha yaxın olan “Qarabağ”dı. Ancaq ümidlər hələ tükənməyib. “Yaşıl qartallar” mübarizə aparmaqdan çəkinməməlidi. O başqa məsələ ki, Azərbaycan komandası evdə daha güclü və daha rahat çıxış edəcək. Buna rəğmən, “Ferenstvaroş” birinci hissədə qollar vurmalıdı. Xüsusilə ilk dəqiqələrdə vurulacaq qol rəqibin planlarını alt-üst edə bilər. Belədə hadisələrin axarı fərqli məcrada cərəyan edəcək. Bununla belə, “Qarabağ”ın cinah oyunçularına mane olmaq çox çətindi. Kin taktikasını işə salmalı, indiyə qədər öyrəndiyi bütün bilikləri ortaya qoymalıdı. Çox böyük risklər alınmalıdı. Hücumlar sürətli və intensiv olmalıdı. Komanda daha cəsur çıxış etməlidi. Onsuz da Barnabaş Varqa formadadı və özünü çox yaxşı hiss edir. Forvard özünü rəqibin cərimə meydançasına çatdırsa, mütləq qollar vuracaq. O, çox cəsarətlidi. Rəqibdən çəkinmir və ancaq qol vurmaq haqda fikirləşir”.

Macar həmkarlarımız “Qarabağ”ın hücum potensialının yüksək olduğunu vurğulamaqla yanaşı, müdafiə xəttinin etibarlılığını da qabardıb:

“Ferentsvaroş”un fürsətləri boşa vermək şansı, demək olar ki, yoxdu. “Yaşıl qartallar” Bakıda 8-10 təhlükəli vəziyyət əldə edəcəyini düşünməməlidi. Maksimum 3-4 şans ələ düşəcək ki, bunun azı ikisi qolla tamamlanmalıdı. “Qarabağ” “Ferentsvaroş”un önünə titrəyən ayaqlarla çıxmayacaq. Çünki söhbət həm də milyonlarla avro gəlirdən gedir. Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanan komanda bu turnirdə mübarizəni dayandırandan 4-5 qat çox pul qazanacaq”.

KƏNAN BAHADIR
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 26 Avqust 2025 18:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see199

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see169

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see163

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see156

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see134

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see131

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see125

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri