“Qarabağ” futbolçuları mükafatlandırdı Məbləğ
Icma.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Qarabağ" rəhbərliyi Çempionlar Liqasının 4-cü turunda "Çelsi" ilə 2:2 hesablı heç-heçə edən komandanı mükafatlandırıb.
Metbuat.az sportinfo.az-a istinadən xəbər verir ki, qələbə halında futbolçulara 120 min manat, heç-heçə olacağı təqdirdə 65-70 min manat civarında mükafat vəd edən rəhbərlik sərgilənən oyundan olduqca razı qalıb.
Bu səbəbdən əsas heyətdə meydana çıxanların hər birinə 70 min manat mükafat ayrılıb. Sonradan meydana çıxanlar bu məbləğin yarısına sahiblənəcək. Ehtiyatda qalanlar isə göstərilən rəqəmin 25-30 faizi qədər irəli düşəcək.
Cari mövsümdə ÇL-də 2 qələbə qazanan Ağdam təmsilçisi "Benfika" zəfərinə görə oyunçularına 100 min manatın üstündə ödəmə edib. "Kopenhagen" qalibiyyəti isə onları 70 min manatdan artıq irəli salıb.
Baxış sayı:70
Bu xəbər 07 Noyabr 2025 21:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















