Icma.az
close
up
RU
Qarabağ gələcəkdə perspektivli turizm bölgəsi olacaq MÜNASİBƏT BİLDİRİLDİ

Qarabağ gələcəkdə perspektivli turizm bölgəsi olacaq MÜNASİBƏT BİLDİRİLDİ

Icma.az bildirir, Sia Az portalına istinadən.

"2020-ci ildə torpaqlarımız işğaldan azad olunan gündən etibarən, ölkə başçısının tapşırığı əsasında dövlətimiz tərəfindən bu bölgədə tikinti-bərpa işləri çox sürətlə aparılır". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qurbanov deyib.

Onun sözlərinə görə, ilk mərhələdə minadan təmizlənmə və təhlükəsizlik məsələləri, daha sonra isə paralel şəkildə tikinti-bərpa işləri, infrastrukturun qurulması və vətəndaşlarımızın "Böyük Qayıdış" proqramı çərçivəsində rahatlıqla öz evlərinə dönmələri üçün zəruri şəraitin yaradılması həyata keçirildi. Bu, ilkin mərhələdə ən vacib məsələlərdən biri olub və çox yüksək sürətlə icra olunmaqdadır: "Bildirmək istəyirəm ki, paralel olaraq turistlər üçün də bir çox işlər görülür. Bu bölgənin çox böyük turizm potensialı var və çox qısa müddətdə dövlətimiz tərəfindən artıq üç beynəlxalq hava limanı istifadəyə verilib. Logistika işləri sürətlə davam etdirilir, yeni yollar salınır. Eyni zamanda, bu günlərdə biz Bakı-Ağdam-Bakı dəmir yolu xətti üzrə qatarların ilk səfərini müşahidə etdik. Yeni otellər açılır. Ümumiyyətlə, bu bölgənin böyük həm yay, həm qış turizm imkanları var. Eyni zamanda müalicəvi turizm imkanları var. Bundan əlavə, son zamanlar dövlətimiz tərəfindən bir çox beynəlxalq tədbirlərin, sammitlərin məhz bu bölgədə keçirilməsi göstərir ki, Qarabağ gələcəkdə turizm baxımından çox perspektivli bir istiqamətə çevriləcək.

Düşünürəm ki, yaxın gələcəkdə bu bölgədə turistlərin sayında ciddi artım müşahidə edəcəyik. Təbii ki, ilk növbədə bizim vətəndaşlarımızın ora köçməsi, onların rifahının təmin olunması əsas prioritetdir. Amma bununla paralel şəkildə, qeyd etdiyim kimi, turizm üçün də çox böyük imkanlar bu bölgədə mövcud olacaq".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:82
embedMənbə:https://sia.az
archiveBu xəbər 01 Sentyabr 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see293

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see198

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see190

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see188

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see184

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see172

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see157

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see156

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see155

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see150

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see145

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see143

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see141

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri