Icma.az
close
up
RU
Qarabağ gəncləri üçün 5 günlük düşərgə FOTOLAR

Qarabağ gəncləri üçün 5 günlük düşərgə FOTOLAR

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

20 Qarabağ gənci liderlik, karyera, layihələrin idarə edilməsi və iqtisadi maarifləndirmə üzrə təlimlərdə iştirak edib.

"Cebheinfo.az" xəbər verir ki, “Yeni Yol” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Qarabağ gəncləri üçün düşərgənin təşkili və iqtisadi maarifləndirmə” layihəsi yekunlaşıb. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə keçirilən layihə çərçivəsində 20 Qarabağ gənci 5 gün ərzində Göygöl Olimpiya İdman Kompleksində bir araya gəlib.

Düşərgənin əsas məqsədi gənclərin liderlik və komanda quruculuğu bacarıqlarının, karyera və layihə idarəetməsi üzrə biliklərinin inkişaf etdirilməsi, məşğulluq və şəxsi inkişaf imkanları barədə məlumatlılığının artırılması olub. Düşərgənin ilk günündə iştirakçılar tanışlıq və komanda oyunlarında iştirak etdikdən sonra təlimçi İlham Əhmədovun keçirdiyi “Komanda quruculuğu” və “Layihələrin idarə edilməsi” mövzularında təlimlərə qatılıblar. Sessiyalar zamanı gənclərə komanda daxilində effektiv əməkdaşlıq, vəzifə bölgüsü, məqsədlərin müəyyənləşdirilməsi və layihələrin idarə olunması ilə bağlı praktiki biliklər təqdim olunub.

Proqramın növbəti günündə gənclər Dövlət Məşğulluq Agentliyinin Qazax–Tovuz Regional Məşğulluq filialının müdir müavini Alı Hacıyevlə görüşüblər. Görüş zamanı məşğulluq imkanları, əmək bazarının tələbləri və gənclərin karyera inkişafı ilə bağlı məsələlər müzakirə olunub. Günün davamında iştirakçılar Şəmkir Aqroparkına ekskursiya edərək müəssisənin fəaliyyəti, istehsal prosesi, innovativ yanaşmalar və müasir kənd təsərrüfatında tətbiq olunan texnologiyalarla tanış olublar.

Ekskursiya gənclərə nəzəri biliklərini real iş mühiti ilə əlaqələndirmək imkanı yaradıb. Düşərgənin üçüncü günündə təlimçi Mübariz İmanov tərəfindən “Karyera planlaması” mövzusunda təlim keçirilib. Gənclər karyera məqsədlərinin müəyyənləşdirilməsi, peşəkar inkişaf istiqamətlərinin seçilməsi və gələcək fəaliyyət planlarının hazırlanması ilə bağlı praktiki tapşırıqlar yerinə yetiriblər. Gün ərzində iştirakçılar komandalara bölünərək hazırladıqları işləri təqdim ediblər. Layihənin son günündə Mübariz İmanov və Məleykə Tağızadənin iştirakı ilə gənclərin şəxsi inkişafına həsr olunmuş sessiyalar təşkil olunub.

Daha sonra iştirakçılar Şəhidlər Xiyabanını və Göygöl Milli Parkını ziyarət ediblər. Düşərgənin yekun hissəsində isə gənclər layihə yazılmasının əsas mərhələləri ilə tanış olub, qruplar şəklində hazırladıqları layihələri təqdim ediblər. Beləliklə, iştirakçılar düşərgə müddətində əldə etdikləri bilikləri praktiki tapşırıqlar vasitəsilə tətbiq etmək imkanı qazanıblar. Layihənin əsas məqsədi Qarabağ gənclərinin liderlik potensialının üzə çıxarılması, vətənpərvərlik ruhunun gücləndirilməsi, məşğulluq və şəxsi inkişaf imkanları barədə məlumatlılığın artırılması, həmçinin icma quruculuğu və layihələrin hazırlanması sahəsində praktiki bacarıqlarının inkişaf etdirilməsidir.

Layihənin sonunda iştirakçılara düşərgədə iştiraklarını təsdiq edən sertifikatlar təqdim olunub.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 31 Avqust 2026 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see427

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see413

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see396

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see377

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see265

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see261

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see258

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see248

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see245

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see237

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see228

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see221

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see213

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see207

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see191

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see188

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see184

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see182

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see181

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri