“Qarabağ” hamının məğlub etmək istədiyi komandadır” Joni Montiel
Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Qarabağ”ın yarımmüdafiəçisi Joni Montielin QOL.az saytına müsahibəsi
- Misli Premyer Liqasının 15-ci turunda “Araz-Naxçıvan”ı çətinlik çəkmədən məğlub etdiniz. 5:1 hesablı qələbəni necə şərh edərdiniz?
- Komanda olaraq çox yaxşı mübarizə apardıq, həm hücum, həm də müdafiə planında. Düşünürəm ki, bu matçda qeydə alınan nəticə tam ədalətlidir.
- Çempionlar Liqasında “Ayaks”a uduzduqdan sonra “Araz-Naxçıvan”la matça köklənmək psixoloji cəhətdən nə dərəcədə çətin idi?
- Futbolda belə vəziyyətlər olur. Bu cür hallara hazır olmaq lazımdır. İndi ilin sonuna qədər çempionatda iki oyunumuz var. Həmin matçlara köklənmək lazımdır ki, Milad bayramı öncəsi turnir cədvəlindəki vəziyyətimizi daha da yaxşılaşdıraq və tətilə rahat yollanaq.
- Birinci penalti zamanı zərbəni yerinə yetirməyi çox istəyirdiniz. Yəqin ki, bu, “Qarabağ”da qol hesabını açmaq istəyindən irəli gəlirdi...
- Bir qızım var, ikinci qızım da yoldadır, tezliklə dünyaya gələcək. Həm də bu qolu həyat yoldaşıma hədiyyə etmək istəyirdim. Bilirəm ki, penalti zərbələrini adətən Toral Bayramov yerinə yetirir. Lakin o, həmin anda çox səxavətli davrandı və zərbəni mənim yerinə yetirməyimə imkan verdi. Sevincliyəm və buna görə ona təşəkkür edirəm.
- “Sabah”la görüş nisbi formada da olsa, “qış çempionu”nu müəyyənləşdirəcək. Həmin matçdan gözləntiləriniz nədir?
- Şübhəsiz ki, “Sabah” yaxşı komandadır. Əldə etdiyi nəticələr də bunu göstərir. Bizi çətin matç gözləyir. İstənilən halda biz öz tərzimizə sadiq qalmalı, öz oyunumuzu göstərməliyik. İnanıram ki, həmin qarşılaşmada da istədiyimiz nəticəni qazanacağıq.
- Artıq bir müddətdir “Qarabağ”dasınız. Təəssüratlarımız necədir? Azərbaycan futbolu, Premyer Liqa gözləntilərinizi doğruldurmu?
- Əslində, çempionatın səviyyəsi məni yaxşı mənada təəccübləndirdi. Təbii ki, “Qarabağ” hamının məğlub etmək istədiyi komandadır. Ona görə də bütün rəqiblər bizə qarşı tam fərqli hazırlaşırlar, çox istəkli olurlar. Bu səbəbdən də bizim üçün qələbə qazanmaq asan olmur. Digər tərəfdən isə bu gün dünyada futbol elə səviyyəyə çatıb ki, əksər ölkələrdə vəziyyət oxşardır. Hamı irəli getmək istəyir, bunun üçün çalışır. Ona görə də Azərbaycan çempionatının səviyyəsini yüksək qiymətləndirirəm.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 15 Dekabr 2025 09:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















