Qarabağ ı Ermənistan klubu adlandıran Ferentsvaroş üzr istədi
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
"Qarabağ"ın Çempionlar Liqasının pley-offundakı rəqibi "Ferentsvaroş"un saytındakı Ağdam klubu haqqında açıqlaması təxribata yol açıb.
Oxu.Az Teleqraf.az-a istinadən xəbər verir ki, Macarıstan klubu "Qarabağ"ı Azərbaycan yox, Ermənistan klubu kimi təqdim edib.
Yazının əvvəlində belə qeyd olunub: "Çərşənbə axşamı (19 avqust - red.) Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda öz meydanımızda Ermənistan çempionunu qəbul edəcəyik".
Daha sonra isə "Qarabağ" klubunun mətbuat katibi Anar Hacıyev qarşı tərəfə səhvi aradan qaldırmaları üçün müraciət edib və Ermənistan adı Azərbaycanla əvəz olunub.
"Bu, onların səhvidir. Özlərinə bildirdik və dərhal dəyişdilər. Eyni zamanda baş vermiş halla əlaqədar bizdən rəhbərlik səviyyəsində üzr istədilər", - deyə A.Hacıyev bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 15 Avqust 2025 15:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















