Qarabağ ı Niderlandda neçə azarkeş dəstəkləyə biləcək?
Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ"ı səfərdə "Tvente" (Niderland) ilə keçirəcəyi matçda dəstəkləmək istəyən azarkeşlər üçün 1500 yer ayrılıb.
Qaynarinfo Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, qarşılaşmanın vauçerləri bu gün saat 17:00-dan etibarən azarkeşlər üçün satışa təqdim olunacaq.
Vauçerlərin satışı yalnız İticket.az platforması üzərindən onlayn qaydada həyata keçiriləcək.
Qiyməti 45 manat müəyyənləşdirilən vauçerləri aldıqdan sonra, əsas biletlər matç gününə qədər azarkeşlərin elektron poçt ünvanlarına göndəriləcək. Diqqətə çatdırılır ki, arenaya daxil olmaq üçün mütləq şəkildə bilet və şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməlidir.
"Tvente" stadionunda Azərbaycan təmsilçisini dəstəkləyəcək fanatlar üçün 325 və 326-cı sektorlar ayrılıb. Həmin azarkeşlər tribunalara "X" girişi vasitəsilə daxil ola biləcəklər.
Xatırladaq ki, "Tvente" - "Qarabağ" qarşılaşması avqustun 20-də, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:173
Bu xəbər 17 Avqust 2026 13:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















