Icma.az
close
up
RU
Qarabağ İmarət stadionunun tikintisi ilə tanış olub FOTO

Qarabağ İmarət stadionunun tikintisi ilə tanış olub FOTO

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Qarabağ" futbol komandası Şuşaya səfəri zamanı Ağdamda inşa olunan "İmarət" stadionunun tikinti prosesi ilə tanış olub.

İdman.biz xəbər verir ki, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində inşa edilən arena üçün 19,2 hektarlıq ərazi ayrılıb.

"İmarət" stadionu UEFA-nın IV kateqoriya tələblərinə uyğun şəkildə tikilir. Stadionun təbii ot örtüyünə malik meydanı olacaq və tribunalar 11 min 700 tamaşaçı tutumuna hesablanıb.

Arenada UEFA-nın tələblərinə əsasən, VVIP və VIP "lounge" zonaları, konfrans zalı, iclas otaqları, hakim otaqları, komandalar üçün paltardəyişmə otaqları, media otaqları, muzey, şərhçi otaqları, inzibati və yardımçı otaqlar inşa olunacaq. Stadion ərazisində əlavə məşq meydanı, qaçış zolağı, avtodayanacaqlar, nəzarət-buraxılış məntəqələri, texniki bina və digər tikililər də nəzərdə tutulub.

Şəhər sakinləri stadionun ərazisindən park və əyləncə zonası kimi də istifadə edə biləcəklər. Bunun üçün stadionda fitnes zalı, kafe, restoran və mağazaların istifadəyə verilməsi planlaşdırılır.

Stadionda müasir monitorlar, nəzarət sistemləri, giriş-çıxış, səs, işıqlandırma və kommunikasiya sistemləri quraşdırılacaq. Burada həm yerli, həm də beynəlxalq səviyyəli yarışların keçirilməsi mümkün olacaq.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:38
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 25 İyun 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyevlə Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub

10 Avqust 2025 16:52see185

Şimali Makedoniya klubunun futbolçusu: Qarabağ ı məğlub etməyə çalışacağıq

11 Avqust 2025 22:27see164

Semaşko xəstəxanası koronavirusa görə bağlandı

11 Avqust 2025 04:51see148

Xərçəng kimləri hədəfə alır?

10 Avqust 2025 16:35see135

Fərid Qayıbov: “Gəncə şəhər stadionu ölkənin ən yaxşı futbol arenası olacaq”

10 Avqust 2025 14:27see128

Azyaşlı uşaq kimi qarşısındakına naz etmək Rusiyaya yaraşmır

11 Avqust 2025 19:39see127

İngiltərə Superkubokunu bu klub qazandı

10 Avqust 2025 22:38see125

Kasım Jomart Tokayev İlham Əliyevə zəng edib

10 Avqust 2025 15:51see124

Dağıstanda yol qəzası olub

10 Avqust 2025 21:30see122

Ağdam və Xocavənddəki yanğın söndürülüb (Yenilənib)

10 Avqust 2025 16:55see121

Azərbaycanlı gənc futbolçu Norveç klubunda

10 Avqust 2025 16:55see120

Yaponiyanın futbol millisinin ən yaxşı bombardiri vəfat etdi

11 Avqust 2025 04:42see120

Türkiyəli nazir: “18 nəfər evə buraxılıb, 11 yaralının müalicəsi davam edir”

11 Avqust 2025 07:50see119

Avropa liderləri Putindən əvvəl Trampla danışmaq istəyirlər

10 Avqust 2025 23:27see119

Rusiyanın 190 milyardı Ukraynaya verilir FT

11 Avqust 2025 09:00see119

Rəsmi Bakı istədiyini əldə etdi və İrəvana bunu güzəştə getdi

12 Avqust 2025 02:09see118

Sülh üçün sonuncu maneə....

10 Avqust 2025 23:57see118

İnterpolun axtardığı azərbaycanlı bu ölkədə SAXLANILDI

10 Avqust 2025 15:51see116

Rusiyanın Zəngəzur həyəcanı: bunu heç kim gözləmirdi Sürpriz qərar

11 Avqust 2025 08:02see116

Britaniya vergi xidməti sosial şəbəkə paylaşımlarını süni intellektlə izlədiyini etiraf edib

12 Avqust 2025 02:00see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri