Qarabağ ın baş məşqçisi: Rəhbərlik hər zaman mənim yanımdadır
Icma.az, Sfera.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rəhbərlik hər zaman mənim yanımdadır.
Sfera.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə Yunanıstan təmsilçisi “Olimpiakos”a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının oyunundan əvvəl mətbuat konfransında deyib.
Jurnalistlərin suallarını cavablandıran təcrübəli mütəxəssis 16 il Ağdam təmsilçisinin baş məşqçisi vəzifəsində çalışmasından danışıb:
"Təbii ki, bu asan iş deyil. Futbol kollektiv oyundur. Hər zaman işin gedişində dəyişikliklər olmalıdır. Aylar, illər ərzində komandada yeni simalar, yeni oyunçular görürsən. Həmin futbolçularla uğur qazanmaq üçün uzun yola çıxırsan və bu asan başa gəlmir. Mənim bəxtim gətirdi ki, klubda ancaq yaxşı insanlarla işləməyə başladım. Komandada belə bir kollektiv formalaşdırmağımızda klub idarəçiləri mənə çox yardımçı olurlar. Rəhbərlik hər zaman mənim yanımdadır. Avropada da bu cür hallar yaşanır. Bəzən görürük ki, hansısa baş məşqçi bir klubda uzun illər çalışır. Öz üzərimizdə daim işləyirik",
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 29 Yanvar 2025 23:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















