Qarabağ ın Çelsi ilə tarixi heç heçəsi Azərbaycana nə qazandırdı REYTİNQ
Fanat saytına istinadən Icma.az xəbər verir.
UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 4-cü turunun görüşlərindən sonra ölkələrin reytinqini yenilənib.
Fanat.Az-ın məlumatına görə, Azərbaycan çempionu "Qarabağ" ötən gecə "Çelsi" ilə qələbəyə bərabər heç-hüçə (2:2) sayəsində növbəti dəfə ölkəmizin xal ehtiyatını artırıb.
Qurban Qurbanovun baş məşqçisi olduğu komanda uğurlu nəticə sayəsində ölkəmizə 0,250 əmsal qazandırıb. Nəticədə Azərbaycanın cari mövsümkü reytinqi 5,125-ə, son 5 ildəki göstəricisi isə 22.250-yə çatıb.
Ölkəmizin reytinq sıralamasında mövqeyi isə dəyişməz qalıb - 25-ci yer.
Qonşularımızdan bir addım öndəki Serbiyanın 22.375, təqibçimiz Sloveniyanın isə 21.718 əmsalı var.
Qeyd edək ki, UEFA reytinqinə İngiltərə (100.225) başçılıq edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 06 Noyabr 2025 08:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















